EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:03.11.2019 12:15:03

Tanınmış sahibkar Mübariz Mənsimov Oqtay Gülalıyevin ailəsinə yardım göstərməyə hazır olduğunu bildirib

Tanınmış sahibkar,  Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Oktyabrın 29-da avtomobil vurması nəticəsində O.Gülalıyev ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Ağır cərrahiyə əməliyyatından sonra o, komadadır. 

“Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. insanlar durmadan mənə mesajlar və videolar göndərirlər, ona yardım etməyimi istəyirlər”, -M.Mənsimov Facebook səhifəsində yazıb.

O qeyd edib ki, ağır duruma düşmüş insanın siyasi baxışları əhəmiyyət daşımır. 

“Önəmli odur ki, sən bu ölkənin vətəndaşısan. Vətəndaşlara sahib çıxmaq lazımdır ki, köməyi kənarda axtarmasınlar”, - M.Mənsimov qeyd edib. O, ölkədə sığorta sisteminin olmaması ilə bağlı təəccübünü ifadə edib.  Heç olmasa vətəndaşın sosial müdafəsi təmin olunardı.

M.Mənsimovun sözlərinə görə, O.Gülalıyevin ailəsi ilə əlaqə yaradacaq və  nəyə ehtiyacları olduqları ilə maraqlanacaq.

*Azərbaycanlı sahibkar Mübariz Mənsimov  (22 mart  1968-cı ildə anadan olub. Palmali şirkətlər qrupunun təsisçisi və sahibidir.

1997-ci ildən neft daşınması (ildə 105 ml. ton) ilə məşğul olan 170 gəmiyə sahib Palmali şirkətlər qrupunun yeganə sahibidir.   Şirkət Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycan karbohidrogenlərinin Qərb bazarlarına nəqli ilə məşğuldur.

 Forbes jurnalı M.Mənsimovun sərvətini 1,3 mlrd. dollar həcmində dəyərləndirərək onu dünyanın milyarderləri sırasında 897-ci, Türkiyə milyarderləri sırasında isə 7-ci yerdə yerləşdirib. Türkiyədə yaşayır, bu ölkə vətəndaşlığına malikdir.(Turan)


Tanınmış sahibkar Oqtay Gülalıyevin ailəsinə yardım göstərməyə hazır olduğunu bildirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ