1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.09.2020 15:19:30

Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.

İslamazeri.com xəbər verir ki, Gürcüstan paytaxtında “Aşura məktəbi və Kərbəla dərsi” mövzusunda konfransın ikinci hissəsi keçirilib.
Tbilisidə dünən keçirilən bu konfransda müxtəlif yerlərdən yalnız xanımlar iştirak edib.
Quran tilavəti ilə açıq elan olunan konfransda Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvləri çıxış ediblər. Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Rusiyadan konfransa qatılan dəyərli din alimlərinin çıxışları təqdim olunub.
Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər və azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.
Konfransda Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarxla bərabər İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən nümunələr nümayiş etdirilib.
Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.

Tbilisidə “Aşura məktəbi və Kərbəla dərsi” konfransının ikinci hissəsi keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ