“Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".

“Tədris dili digər dillərdə olan şagirdlər həm IX, həm də XI illik təhsil bazasından “Azərbaycan dili” üzrə dövlət dili fənni kimi imtahan verirlər”.
İslamazeri.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.
O qeyd edib ki, bu il bu imtahan üzrə yeni model olacaq: “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi: “Dinləmə mətninin audiomaterialları DİM-in saytlnda yerləşdirilib. İmtahanda 3 yazılı tapşırıq olacaq”.
Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə: "Azərbaycan dili" imtahanında yenilik ediləcək