EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.08.2019 19:28:16

Tehranın Qurban bayramı namazını Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd qıldırıb.

İslamazeri.com "mehr"ə istinadən xəbər verir ki, Tehranın Qurban bayramı namazını Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd qıldırıb.

O bayram xütbələrində gündəm mövzulara toxunub.

Xətib Avropa Birliyi və İngiltərəyə məsləhət verərək "İran xalqından dərs alaraq, ABŞ qarşısında öz kimliyinizi müdafiə edin. İran milləti və müqavimət cəbhəsi Həzrəti İbrahimin (ə) addımlarından nə gözəl dərs almışdır.", -deyə bildirib.

İranın bölgə siyasətini tərifləyən Seyid Məhəmməd Həsən Əbutorabifərd "İnqilab Keşikçiləri Ordusu (Sepah) ölkəmizin hava sahəsini pozan ABŞ-ın pilotsuz aparatını deyil, ABŞ-ın boş "kimliyi"ni hədəfə alaraq, etibarını param-parça etdi.", -deyə əlavə edib.

İsrail. Səudiyyə və Bəhreynin Ali Xəlifə rejiminin də uğursuzluğa düçar olacağını deyən xətib sözlərinə belə davam edib: "İnqilab Keşikçiləri İngiltərəyə aid gəmiyi deyil, İran millətinin qarşısında zəif qalan Böyük Britaniyanı hədəf aldı. Bu İran xalqının güc və ağılı ilə özlərinə qarşı qurulan hiylələri ortadan yox etdiyinin bariz sübutudur. Bu İran İslam Respublikasının 40 il boyunca İslam Dünyasında sahib olduğu dəyişməz stradegiyasıdır."

Kəşmirdəki olaylara da işarə edən Seyid Məhəmməd Həsən Əbutorabifərd "Kəşmirin müsəlman əhalisi, İslam ümmətinin bir parçasıdır və İslam cəmiyətindəki hər hansı bir parçasına qarşı qanunsuz addımlar, İslam Ümmətinə qarşı hesab olunur. Müsəlmanlar və qeyri-müsəlmanlar Hindistan Yarımadasında yüz illərdir sülh şəraitində birlikdə yaşayırlar. İdarəçilər və rəsmilərin də, bu cür yaşayış üçün addım atmaları lazımdır. Bölgəmiz qarşıdurma və müharibə üçün yararlı deyil. Biz Hindistan və Pakistan daxil olmaqla İslam Dünyasındakı qardaşlarımızın sülh və güvənlik içində yaşamalarını arzulayırıq.", - deyə qeyd edib. 


Tehranda Qurban namazının xütbəsində: "Avropa İrandan dərs alsın", Kəşmir olayları, düşmənlər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ