1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.06.2019 09:56:21

"Təyyarədə 12 quldur və partlayıcılar var" yazılmış kağız qoyan bir iş adamına ömürlük həbs cəzası verilib.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Hindistanda sevgilisini daha çox görə bilmək üçün təyyarənin tualetinə "Təyyarədə 12 quldur və partlayıcılar var" yazılmış kağız qoyan bir iş adamına ömürlük həbs cəzası verilib.

Birju Salla sevgilisini Mumbaya köçməyə razı sala bilmədiyi üçün onun çalışdığı təyyarə şirkətinin imicini zədələmək və sevgilisinin işsiz qalmasına nail olmaq üçün belə hərəkət etdiyini açıqlayıb.

Məhkəmə ona 720 min dollar təzminat cəzası da kəsib.

2017-ci ilin oktyabr ayında Yeni Delhi-Mumbay reysi üzrə uçan "Jet Airways" təyyarəsi Sallanın məktubu ucbatından təcili surətdə başqa bir şəhərə enmək məcburiyyətində qalmışdı. 

Hindistanlı iş adamı saxta xəbərdarlıq məktubu vasitəsilə "Jet Airways"-in Delhi uçuşlarını ləğv etməsini və bu şirkətdə stüardessa olaraq çalışan sevgilisinin Mumbayda onunla birlikdə yaşamasını təmin etmək istəyib.

Birju Salla Hindistanda təyyarə qaçırma cəzasının ağırlaşdırıldığı yeni qanunla ittiham edilən və cəza alan ilk şəxsdir.

Yeni qanunla təyyarə qaçırmağa görə minimum cəza ömürlük həbsdir, bəzi hallarda edam cəzası da verilə bilər.

Təyyarə təcili eniş edib

Salla xəbərdarlıq məktubunu iş yerindəki kompüterində yazdığını etiraf edib. Məktubda "Təyyarədə 12 quldur və partlayıcılar var. Təyyarəni Kəşmirə (Kəşmirin Pakistan idarəçiliyində olan hissəsinə) endirin" yazılıbmış.

Məktub tapılandan sonra təyyarə təyinat nöqtəsindən 778 kilometr aralıdakı Əhmədabad şəhərinə təcili eniş etməli olub.

Məhkəmə qeydlərində Sallanın evli olduğu, o dönəmdə Yeni Delhidə yaşayan stüardessayla sevgi əlaqəsinə girdiyi yazılır.

İstintaqı aparmış müstəntiq Fransa informasiya agentliyi AFP-yə açıqlamasında bildirib ki, Salla təyyarəni qaçırmaq istəməyib, amma Hindistan qanunlarına görə təyyarə qaçırmaq təhdidi də təyyarə qaçırmaq cəhdi kimi qiymətləndirilir. 

Sallanın ödəyəcəyi təzminat təyyarənin pilotlarına, kabin qrupuna və sərnişinlərinə paylanacaq.

Pilotların hər biri təqribən 1.500 dollar, kabin qrupu üzvlərinin hər biri 750 dollar, sərnişinlərin hər biri 375 dollar alacaq.

Sallanın vəkili Rohit Verma qərardan apelyasiya şikayəti verəcəklərini açıqlayıb.

Bir zamanlar Hindistanın ikinci böyük aviaşirkəti olmuş "Jet Airways" maliyyə böhranı ucbatından bu ilin əvvəllərində bütün uçuşlarını təxirə salmışdı.


Təyyarəyə bu kağızı qoyan iş adamına ömürlük HƏBS

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ