EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 14:02:46

Onun ruhi xəstə olduğu müəyyən edilib.

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.

İslamazeri.com lent.az-a istinadən xəbər verir ki, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla ibadət evinə daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib.

O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib.

Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.

Xatırdadaq ki, onların yuxarıda qeyd olunan vəziyyətdə ibadət evinə daxil olması nəticəsində oradakı namaz qılanlarla aralarında gərginlik yaşanıb. Ardınca isə Yaşar Cahangirov və Əfqan Aydınov polis tərəfindən saxlanılıb.


Təzəpir məscidinə əli qılınclı daxil olan şəxs barədə yeni məlumat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
    “A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
     21.04.2018
    Yəmən
    Yəmən müqaviməti "Ənsarullah" hərəkatı Səud rejiminə məxsus nöqtələri bombalayıb
     21.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ