1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.03.2020 15:09:18

Səhiyyə mütəxəssisləri bunun bir araya sığa bilmyəcəyinə dair xəbərdarlıq edir.

İslamazeri.com Voa-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp COVID-19 xəstəliyinin yayılmaması üçün biri-birindən etibarlı bir məsafəni saxlamaqda davam edərək, amerikalıların ən qısa müddətdə işə qayıtmalarını istəyir. Səhiyyə mütəxəssisləri bunun bir araya sığa bilmyəcəyinə dair xəbərdarlıq edir.

"İnsanlarımız işə qayıtmaq istəyir. Onlar məsafə saxlamağı və başqa şeylər tətbiq edəcəklər, yaşlılar isə sevgi ilə qoruyacaqlar. Biz bu iki işi birlikdə edə bilərik. Müalicə problemin özündən pis olmamalıdır" - deyə, Tramp çərşənbə axşamı səhər Twitter səhifəsində yazıb.

Trampın tviti onun dünən axşam Ağ Evin brifinq otağında jurnalistlərə verdiyi açıqlamalarla üst-üstə düşür.

"Bizim ölkənin bağlanması nəzərdə tutulmayıb", prezident bazar ertəsi bildirib.

Tramp Ağ Evin koronavirusa qarşı mübarizə səyləri ilə məşğul olan qrupun üzvləri ilə birlikdə keçirilən gündəlik brifinqdə dünyanın ən böyük iqtisadiyyatının virtual olaraq bağlanmasına son vermək üçün növbəti addım atılacağını deyib.

Tramp müəyyən məqamda ölkənin "açılmalı və fəaliyyətə başlamalı" olduğunu deyərək, əksər müəssisələrin bağlanması səbəbindən ölkəyə dəyən iqtisadi zərərlə COVID-19 pandemiyası riskini qarşılaşdırdığını açıqlayıb.

Prezidentin sözlərinə görə, ABŞ-da iqtisadi böhran səbəbindən ölüm virus səbəbindən ölümlərdən çox ola bilər. Prezident koronavirusdan ölüm nisbətinin bir faizdən də az, gözləniləndən qat-qat az olduğunu deyib.

"Amerika bizneslər üçün yenidən və tezliklə açılacaq", Tramp bildirib. O, dəhşətli virus təhlükəsinin tez bir zamanda geri çəkilməyəcəyi haqda xəbərdarlıq edənlərin dediyi kimi, 3-4 ay vaxt müddətinin olmayacağını bildirib.

"Həkimlərin imkanı olsaydı bütün dünyanı bağlayardılar" deyə, o bildirib.

Keçən bazar ertəsi Tramp Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzlərinin insanların evdə qalmasına çağırılaraq, koronavirusun yayılmasının qarşısının alınması üçün 15 günlük planın təqdim edilməsinə kömək edib. Kampaniyanın martın 31-də sona çatdırılması planlaşdırılsa da, çoxları onun müddətinin uzadılacağını düşünür.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 54,916, ölənlərin sayı 784 nəfərdir. Ən son məlumatlara görə, bu xəstəliyə 36 nəfər yoluxub, 4 nəfər isə ölüb.


Tramp amerikalıların işə qayıtmasını istədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ