1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:03.12.2019 17:15:28

Tramp Fransanın dövlət başçısı Emmanuel Makronu tənqid edib

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronun NATO-nu “ölü beyin” adlandırmasına dair bəyanatını tənqid edərək, onun dediklərini “çirkin bəyanat” adlandırıb.

NATO-nun baş katibi Yens Stoltenberqlə London sammitindən öncə keçirilən mətbuat konfransında Tramp Fransa liderinin üzləşdiyi ölkədaxili probemlərinə görə NATO-nu tənqid etmək mövqeyinə malik olmadığını deyib.

"Fransada olan çətnliklər baxımından belə sərt bəyanatla çıxış edə bilməzsiniz. Sarı jiletlilər hərəkatı, mövsümün müəyyən çətinlikləri yaşanan bir vaxt NATO-ya hörmətsizlik qəbuledilməzdir"- deyə, prezident bildirib.

Londonda keçiriləcək NATO liderlərinin sammitindən əvvəl Makron Parisdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

"Əsl ittifaq sözlərdə deyil, əməllər və qərarlardadır. Buna görə də mən müttəfiqlər arasında əsl dialoqun olmasını istəyirəm" - deyə, Makron Stoltenberqlə birgə keçirilən mətbuat konfransında bildirib.

Makron bu çağırışını alyansı "ölü beyin" adlandırmasından üç həftə sonra edib.

Makron son şərhlərinin "oyanış çağırışı" olmasından məmnun qaldığını və "yalnız maliyyə və texniki məsələlər haqqında danışmağa davam etməyin məsuliyyətsizlik olduğunu" deyib.

Fransa prezidenti NATO-nun bundan əvvəlki iki sammitində "Birləşmiş Ştatlar üçün maliyyə xərclərinin necə azadılması" mövzusunun diqqət mərkəzində olduğundan təəssüfləndiyini bildirib.

Makronla Tramp görüşü bu gün baş tutmalıdır.

Tramp 2017-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bəri müdafiə xərclərinə ciddi diqqət yetirir və ABŞ-ın üzərinə düşən maliyyə öhdəliklərinin çoxluğundan şikayət edir.

Yens Stoltenberq Trampın liderliyinin məsələyə ciddi təsirindən danışıb. O, liderlərin büdcə, əks-terrorizm səyləri, silahlara nəzarət, Çin və Rusiya ilə əlaqələr kimi məsələləri müzakirə etməsinin vacibliyini vurğulayıb.


Tramp Fransa prezidentinin dediklərinə "çirkin bəyanat" dedi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ