1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.02.2020 12:56:08

ABŞ Prezidenti Donald Tramp Senatdan İranla müharibə əleyhinə qətmanənin qəbul edilməməsini istəyib

ABŞ Prezidenti Donald Tramp Senatdan İranla müharibə əleyhinə qətnaməni qəbul etməməyi xahiş edib, onun fikrincə, "indi zəiflik göstərmək zamanı deyil".

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bir müddət öncə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası Prezidentin İranla hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verib.  Bu sənədin qanuni qüvvəsi yoxdur. CNN bildirir ki, hazırda nəzərdən keçirilən qətnamə isə quruluşuna və məzmununa görə bir qədər fərqlənir. Beləliklə, sənədin bu variantı yenidən Nümayəndələr Palatasının təsdiqi üçün yönləndirilə bilər. Senatda səsvermənin cümə axşamı  keçiriləcəyi bildirilir.

"Bizim ölkəmizin təhlükəsizliyi üçün ABŞ Senatının İrana qarşı hərbi səlahiyyətlərə dair qətnamə qəbul etməməsi vacibdir. İranla bağlı işlərimiz yaxşıdır və indi zəiflik göstərmək zamanı deyil", - deyə Tramp Twitter-də yazıb.

Onun sözlərinə görə, "amerikalıların çoxu terrorçu Süleymaniyə hücumu dəstəklədi". "Demokratlar bunu ancaq Respublikaçılar partiyasına mane olmaq üçün edirlər. Buna icazə verməyin", - Prezident əlavə edib.


Tramp Senatdan İranla bağlı xahiş etdi: Buna icazə verməyin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı
    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir
     04.04.2020
    DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
    Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ