EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.03.2019 15:24:16

Avropa İttifaqı və Rusiya Trampın bu bəyanatına reaksiya verib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail rejiminin Qolan təpələri üzərindəki hökmranlığını qəbul etməyin zamanı gəlib. O qeyd edib ki, bu ərazi, İsrailin təhlükəsizliyi və regional sabitlik üçün olduqca mühümdür.

“52 il sonra ABŞ-ın İsrailin Qolan yüksəklikləri üzərindəki hökmranlığını tam şəkildə qəbul etməyin zamanı gəlib”, - deyə o bildirib.

İsrail rejiminin Baş naziri Binyamin Netanyahu isə Trampın bu bəyanatına reaksiya verib.

“İran İsraili məhv etmək üçün Suriyadan platforma kimi istifadə etməyə can atdığı bir zamanda, prezident Tramp cəsarətli şəkildə İsrailin Qolan yüksəklikləri üzərindəki hökmranlığını qəbul edir. Təşəkkür edirəm, prezident Tramp!”, - deyə Netanyahu bildirib.

Avropa İttifaqının diplomatik xidmətinin rəsmisi Maya Kosyançiç bildirib ki, Avropa İttifaqı əvvəlki kimi Qolan yüksəkliklərini İsrailin bir hissəsi kimi qəbul etməyəcək.

“Aİ-nin mövqeyi dəyişməyib”, - deyə Kosyançiç əlavə edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Beynəlxaq Komitəsinin üzvü Oleq Morozov bəyan edib ki, Rusiya heç vaxt Qolan yüksəkliklərini İsrailin bir hissəsi kimi qəbul etməyəcək.


Trampdan İslam dünyasına daha bir xəyanət: İsraildən təşəkkür, Rusiyadan irad

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib
    Bərdə sakini Bakıda 3 nəfərin külli miqdarda pulunu mənimsəyib.
     23.04.2019
    Bakıda 13 yaşlı qız özünü pəncərədən atdı
    Bakıda 13 yaşlı yeniyetmə qız intihara cəhd edib.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ