1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:02.07.2020 11:00:12

“Gilead” şirkəti bəyan edir ki, inkişaf etmiş ölkələr üçün bu dərmanın bir ampulası 390 dollara satılacaq.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ koronavirusun potensial dərmanının dünyadakı ehtiyatlarının hamısını alır.

“Der Spiegel” yazır ki, Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti “Remdesivir” dərmanının yüz minlərlə dozasını alıb. Digər ölkələr üçün payızadək çətin ki, bir şey qalsın.

“The Guardian” isə qeyd edir ki, ABŞ 500 min dozadan çox dərman alıb. Bu rəqəm “Gilead” şirkətinin iyulda istehsal edəcəyi dərmanın bütün həcminə, həmçinin avqust və sentyabrda istehsal ediləcək dərman həcminin 90%-ni bərabərdir.

Sentyabradək Avropa və qalan ölkələr üçün COVID-19 pasiyentlərinin müalicəsinə, demək olar ki, “Remdesivir” qalmayacaq”, – deyə qeyd edilib.

Bildirilir ki, adıçəkilən dərman Ebola hemorragik qızdırmasının müalicəsi üçün hazırlansa da, cüzi effektivlik göstərib. Lakin aprelin sonundakı araşdırmalara əsasən, bu dərman koronavirusa yoluxmuş xəstələrdə sağalma müddətini 4 gün azaldaraq 15 gündən 11 günə sala bilər.

Dərmanın istifadəsi zamanı ölüm hallarının azalması hələ təsdiq edilməyib. Lakin ABŞ və Yaponiyada istisna qaydalar olaraq artıq koronavirusun bu dərmanla müalicəsinə icazə verilib.

“Gilead” şirkəti bəyan edir ki, inkişaf etmiş ölkələr üçün bu dərmanın bir ampulası 390 dollara satılacaq.


Trampdan koronavirus ticarəti: Dərmanları alıb ehtiyata yığılmasını istədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ