1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:03.06.2020 13:21:43

"Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir"

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bu müqayisəni Oreqon ştatının senatoru, Demokrat partiyasının üzvü Ronald Li Uayden aparıb.

Nümayəndələr palatasının Kentukkidən olan üzvü Con Yarmut hesab edir ki, bununla da Tramp milyonlarla amerikalıya və ABŞ konstitusiyasının birinci düzəlişinə müharibə elan edib: "O, bizim tariximizdə ən böyük təhdiddir".

"The Washington Post"bu haqda yazıb.

Qəzet yazır ki, demokratlar partiyasından olan konqresmen Co Nequs isə xatırladıb ki, 1957-ci ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer seqreqasiya ilə mübarizə və vətəndaş haqlarının qorunması üçün qoşunlar yeritmişdi. Onun sözlərinə görə, Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşunları hərəkətə gətirib.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.


Trampın bəyanatları faşist bəyanatlarına bənzəyir - Oreqon ştatının senatoru

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ