EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:29.07.2019 15:41:39

“Uşaqlıqda bizim özümüzlə necə rəftar edildiyini unutmamalıyıq”

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyəni Başiskele şəhərindən olan məscid imamı Qədir Çelikiz yay tətili zamanı öz vaxtlarının səmərəsiz keçirən uşaqları məsciddəki dərslərə cəlb etməyin olduqca maraqlı yolunu tapıb.

Din xadimi məscid ərazisində batutlar yerləşdirib, həmçinin hər gün pulsuz şəkildə “pop-korn” paylanılır. Nəticə isə özünü çox gözlətməyib.

Əgər əvvəllər Quran oxuma dərslərində 30 uşaq iştirak edirdisə, hazırda isə onların sayı 250-yə çatıb. Dərslərdən sonra isə uşaqlar böyük sevinclə meydançada oynamağa qaçırlar.

Məscid imamı jurnalistlərlə söhbət zamanı bildirib ki, uşaqların qəlblərini ələ almaq üçün, onların sevincinə səbəb olmaq lazımdır.

“Uşaqlıqda bizim özümüzlə necə rəftar edildiyini unutmamalıyıq”, - deyə o qeyd edib.


Türk axund uşaqları məscidə cəlb etməyin maraqlı yolunu tapdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ