EURO 2,0981 NEFT 74,06
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.01.2018 17:00:09

Türkiyə Ermənistan və Gürcüstanla sərhəddə divar inşa etməyəcək, bununla belə, həmin ölkələrlə olan sərhədləri elektron nəzarət sistemləri ilə təchiz edəcək.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Türkiyənin “Anadolu” informasiya agentliyinə verdiyi müsahibədə bildirib.

“Hesab edirəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul divarın inşasından yox, sadəcə, elektron təhlükəsizlik sisteminin qurulmasından gedir”, – deyə nazir bildirib. Soylu Türkiyə-İran sərhədində modul divarın inşası üzrə nəzərdə tutulan işlərin yarısının tamamlandığını əlavə edib.

Türkiyəli nazir əmin edib ki, Türkiyənin Ağrı və Iğdır vilayətlərinin əraziləri boyunca uzanan sərhəddə qurulan üç metr hündürlükdə və 144 kilometr uzunluqda olan divar müstəsna olaraq terrora qarşı mübarizə, qaçaqmalçılıq və qanunsuz miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.


Türkiyə Ermənistanla sərhəddə divar çəkməyəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
    “A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
     21.04.2018
    Yəmən
    Yəmən müqaviməti "Ənsarullah" hərəkatı Səud rejiminə məxsus nöqtələri bombalayıb
     21.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ