1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.03.2019 15:07:41

"“İslam sülh dinidir"

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, dünyadakı heç bir din zorakılq və terrorçuluğu təbliğ etmir. Bu məsələdəki istənilən qarşılaşdırma yolverilməzdir.

Bu sözləri, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymin ilə birgə mətbuat-konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, İƏT ölkələri islamofobiya, terrorçuluq və zorakılıqla mübarizə məsələsində açıq-aydın mövqelərini söyləməlidirlər.

İslam sülh dinidir. Sülh və həmrəylik - İslami baxışın əsasını təşkil edən elementlərdir”, - deyə o qeyd edib.

O bildirib ki, ksenofobiya, radikalizm və terrorçuluq hallarının izharının əsasında müxtəlif siyasətçilərin və bir sıra KİV orqanlarının müsəlmanlar və miqrantların ünvanına səsləndirdiyi mənfi fikirlər durur.

Türkiyəli nazir deyib ki, İslam ölkələri müsəlmanların üzləşdiyi problemlərim aradan qaldırılması üçün birlikdə səy göstərməlidir. Bu istiqamətdəki addımlar davamlı xarakter daşımalıdır.

O, bunun üçün xüsusi mexanizmin yaradılmalı olduğunu vurğulayıb.

Müsəlmanlara qarşı bütün düşmənçilik təzahürləri qeydə alınmalı və Qərb ölkələri və dünya ictimaiyyətinə bildirilməlidir”, - deyə o qeyd edib.


Türkiyə: İslam ölkələri zorakılıq və terrora qarşı birləşməlidir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ