1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.07.2020 10:48:16

Təşkilatının təsisçilərindən Taner Kılıc isə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, cümə günü İstanbul məhkəməsi iki hüquq müdafiəçisi ilə birlikdə "Amnesty International"-ın Türkiyə bölməsinin iki keçmiş rəhbərini terror ittihamı ilə məhkum edilməsi barədə qərar çıxarıb.

Digər üç şəxslə birlikdə "Amnesty International Turkey"-in keçmiş direktoru İdil Eser "terror təşkilatına kömək etmək" ittihamı ilə bir il on üç ay müddətinə həbs olunub.

Təşkilatının təsisçilərindən Taner Kılıc isə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təşkilat Twitterd-də bildirib ki, o, "terror təşkilatına üzv olmaq"-da ittiham olunur.

Məhkəmə Almaniya vətəndaşı Peter Steudtner və isveçli Əli Gharavi də daxil olmaqla, 7 müttəhim barədə ittihamlara xitam verib.

"Bu, bir təhqirdir. Qeyri-qanuni iddialar. Heç bir sübut yoxdur. Üç illik mühakimədən sonra Taner Kılıç terror təşkilatına üzv olmaqda ittiham edildi" - - deyə, təşkilatın nümayəndəsi Endrü Qardner Twitterdə bildirib. O əlavə edib ki, "Əzab davam edir. Hamısı bəraət alana qədər təslim olmayacağıq".

"Amnesty İnternational"-ın fəxri üzvü olan Taner Kılıç 14 aylıq həbsdən sonra 2018-ci ilin avqustunda girov müqabilində sərbəst buraxılmışdı.

O, Türkiyədə qanunsuz fəaliyyət göstərən və ABŞ-da mənzillənən müsəlman təbliğatçısı Fəthullah Gülenin rəhbərlik etdiyi hərəkatla əlaqələrdə ittiham olunur.

Ankara Güleni 2016-cı il prezident Rəcəb Tayyib Ərdoğanı devirməyə cəhd göstərməkdə günahlandırır, lakin o, bu iddianı rədd edir.

Rəsmilər Kılıçın Gülen şəbəkəsindən çevriliş üçün istifadə etdiyi şifrəli ByLock mesajlaşma tətbiqindən istifadə ettdiyini iddia edir.

Lakin polisin hesabatında Kılıçın telefonunda tətbiqdən istifadə etməsi haqda məlumat yer almır.

Tənqidçilər hökumətin 2016 çevriliş cəhdindən sonra Türkiyədəki vətəndaş cəmiyyətini hədəf aldığını, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, Gülenlə əlaqəli olduğu iddia edilən on minlərlə insanın həbs olunduğu iddia edir.


Türkiyə Məhkəməsi "Amnesty International Turkey"-in əməkdaşlarına hökm oxudu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ