Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.

İslamazeri.com Sputnik-ə istinadla xəbər verir ki, Ərdoğanın qərarı “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, professor Aygün Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.
Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub.
Türkiyə prezidenti azərbaycanlı professora yüksək vəzifə verdi