Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:1.07.2022 21:00:49

Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş bu gün Vyanada keçirilib.

İslamazeri.com "Trend"ə istinadən xəbər verir ki,  Türkiyənin Xarici İşlər Nazirliyi bu haqda məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.

Onlar, həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Tərəflər, həmçinin son məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.


Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədləri açır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti bahalaşıb
    Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
     9.08.2022
    TƏBİB bir sıra xəstəxanalara həkim axtarır
    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ