EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.10.2019 10:14:14

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyir ki, Türkiyə ABŞ qoşunlarının ərazidə mövcudluğundan asılı olmayaraq Suriyanın şimalında kürdlərə qarşı hücum etmək qətiyyəntində idi.

İslamazeri.com "VOA"ya istinadən xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyir ki, Türkiyə ABŞ qoşunlarının ərazidə mövcudluğundan asılı olmayaraq Suriyanın şimalında kürdlərə qarşı hücum etmək qətiyyəntində idi.

O, çərşənbə axşamı Senatın Xarici Əlaqələr Komitəsində dinləmə zamanı deyib ki, bəzi ABŞ qoşunları hələ də Suriyada kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə yardım edir və administrasiya müvəqqəti atəşkəsi daimi etmək üzərində işləyir.

ABŞ qanunvericiləri İran, Rusiya və Suriya hökümət qüvvələrinin ABŞ qoşunlarının ərazidən çıxması nəticəsində yaranan boşluğu doldurmasından dolayı narahatlığını ifadə edib.

Rusiya və Türkiyə liderləri çərşənbə axşamı Suriyanın sərhəd ərasizi üzərində nəzarətin bölüşməsi ilə bağlı razılıq əldə edib. Razılığa əsasən kürd döyüşçülər bütöv Suriya-Türkiyə sərhədindən geri çəkilməlidirlər.

“Hər iki ölkə terroristlərin əraziyə sızmasının qarşısını almaq üçün tədbirlər görəcək və razılığa əməl olunub-olunmadığına nəzarət etmək üçün mexanizlər yaradacaq”- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Demokrat senator Bob Menendez ABŞ-ın NATO müttəfiqi olan Türkiyəni rəsmi Moskva ilə razılıq imzaladığına görə tənqid edib.

“Daha öncə şübhəmiz olsa da, indi aydındır ki, Ərdoğanın niyyəti regional sabitlik, o cümlədən İŞİD-ə qarşı mübarizə və Birləşmiş Ştatlar və digər NATO müttəfiqləri ilə əməlkdaşlıq bahasına Suriyanın şimalında etnik təmizləmə aparmaqdır”, o deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri çərşənbə axşamı ABŞ prezidenti Donald Trampı suriyalı kürdləri Türkiyənin hücumuna məruz qoymaqda günahlandırıb. Səfir Ceffri isə təkid edib ki, Türkiyə ABŞ-ın xəbərdarlığına rəğmən Suriyaya daxil olmağı planlaşdırırdı.

Biz Türkiyəyə nə olacağını dəqiq dedik. Onlar bu hücumda çox irəli getməyəcəkd və getməyib də. Gördüyünüz kimi onlar həm bizimlə həm Rusiya ilə atəşkəs razılığı imzalayıb. Və biz onlara bunu nəticələrinin nə olacağını və nail ola bilməyəcəkləri bir şey üçün Suriyanın şimal-şərqindəki vəziyyəti qarışdırmağın heç bir mənasının olmadığını demişik”, o söyləyib.

BMT bildirib ki, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı nəticəsində 176 mindən çox insan didərgin düşüb və oradakı kritik infrastruktur dağılıb. Hətta Trampın partiyasının bəzi üzvləri də admininstrasiyanı ABŞ qoşunlarının çıxarılması nəticəsində vurulan ziyanları azaltmağa çağırıb.

Lakin respublikaçı senator Rand Pol çərşənbə axşamı ikinci dəfə Senatda Nümayəndələr Palatasının qəbul etdiyi Trampın Suriyadakı strategiyasının qınayan qətnamə üzərində səsvermənin keçirilməsinin qarşısını alıb. Senatın çoxluq lideri Mitç Makkonnell qətnamənin çox zəif olduğunu söyləyib və öz tədbirlərini təqdim edib.

“Mənim şəxsi düşüncəm budur ki, indi Suriyanın şərqindən çəkilmək vaxtıdır və biz Əfqanıstanda mövcudluğumuzu azaltmağın uyğun olmadığını ifadə etməliyik, çünki prezident Obama da İraqda bunu etmişdi. Bu bir səhv idi və həmin ərazidə İŞİD-in yayılmasına səbəb oldu” , Makkonnel deyib.

Tramp administrasiyası bildirir ki, ABŞ qoşunları neft yataqlarının İŞİD və başqa terrorçu qrupların əlinə keçməsinin qarşısını almaq məqsədilə hələ də Suriyadadır.


Türkiyə və Rusiya Suriya sərhədində birgə patrula başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ