Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şanlıurfanın Akçakale qəsəbəsində törədilən terror hücumundan sonra həyata keçirilən əməliyyatlar nəticəsində 44 terrorçunun zərərsizləşdirildiyini deyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar Akçakale qəsəbəsində törədilən terror hücumundan sonra həyata keçirilən əməliyyatlarla bağlı məlumat verib. Terrorçuların xain hücumu nəticəsində üç hərbçinin həlak olduğunu xatırladan Hulusi Akar bildirib ki,xain hücumdan sonra müəyyən edilən hədəflərə qarşı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar nəticəsində indiyədək 44 terrorçu zərərsizləşdirilib. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq.
Nazir Hulusi Akar həmçinin qeyd edib ki, edilən hər hücuma lazımi cavab veriləcək.
Türkiyədə 44 terrorçu zərərsizləşdirilib