Türkiyədə çevriliş cəhdinin ildönümündə aksiya keçirilib.

İslamazeri.com-un “Milli Gazete”-yə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Adana şəhərində minlərlə insan ABŞ və İsrail rejimi əleyhinə aksiya keçirib.
ABŞ və İsrail əleyhinə şüarlar səsləndirən nümayişçilər 2016-cı ildə Türkiyə baş vermiş çevriliş cəhdinin əsas təşkilatçıları olaraq ABŞ və İsraili göstəriblər.
Onlar ölkədəki NATO bazalarını, məxsusən də o zaman üsyançıları dəstəkləmiş “İncirlik” aviabazasının qapadılmasına dair çağırışlar səsləndiriblər.
Türkiyədə ABŞ və İsrail əleyhinə mitinq