1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.05.2019 18:18:42

Türkiyədə Beynəxalq Qumdan Abidələr Festivalı start götürüb.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyənin Antalya şəhərində 14-cü Beynəxalq Qumdan Abidələr Festivalının açılışı baş tutub. Builki festivalın mövzusu “Dəniz əfsanələri”dir.

Festival Lara kurort məkanındakı çimərliyin ərazisində keçirilir.

15 heykəltəraşın təxminən 200 işi sərgilənir. Qumdan kompozisiyaların yaradılması üçün 10 min tona yaxın qum istifadə edilib.

Axşam vaxtı qumdan abidələrin işıqlandırılması üçün xüsusi işıqlandırma sistemindən istifadə edilir.

Ziyarətçilər festival meydançasında əfsanəvi Atlantika, şotland əfsanəsi Finfolk, Şimali Avropanın əfsanəvi divi Kraken, Koreyanın gəmi-tısbağası Kobukson, dənsiz əjdahası Leviafan, Akvamen, su pərisi, Sirena (dəniz pərisi), Poseydon və digər əfsanəvi personajları görə bilərlər.

Festival direktoru Cem Karaca bildirib ki, 15 heykəltəraş bütün bu abidələri 3 həftəyə hazırlayıblar.

Antalyadakı məlum festival dünyadakı ilk və yeganə açıq səmadakı qum kompozisiyaları sərgisidir.

 

 


Türkiyədə dünyanın ən qeyri-adi sərgisi: Qumdan abidələr - FOTO/VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ