Bingölün Yayladərə ilçəsi çölündə bir PKK terrorçusunun ələ keçirildiyi bildirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bingöl Valiliyindən PKK terror təşkilatı üzvlərinin təsirsiz hala gətirilməsi üçün Yayladərə ilçəsi çölündə keçirilən əməliyyatın davam etdiyi bildirilib.
Əməliyyatda, ərazi axtarış fəaliyyəti zamanı Gökçədal bölgəsində bir terrorçunun sağ olaraq tutulduğu ifadə edilən açıqlamada, bölgədə əməliyyatın davam etdiyi qeyd edilib.
Türkiyədə terrorçu tutuldu