EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.04.2019 23:40:48

Peskov Çavuşoğlunun Rusiyadan ikinci bir S-400 alına biləcəyinə dair sözləri ilə bağlı jurnalistlərə açıqlama verib.

Rusiyanın Türkiyə ilə S-400 məsələsində yeni bir müqavilə bağlamağa açıq olduğunu bildirən Kremlin mətbuat katibi Dmitri Peskov "Rusiya lazımi imkan və texniki təchizata malikdir. Rusiya əməkdaşlığını inkişaf etdirmək üçün fürsət axtarır",- deyib.

İslamazeri.com xəbər verir ki, Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyadan ikinci bir S-400 alına biləcəyinə dair sözləri ilə bağlı jurnalistlərə açıqlama verib.

Peskov, "Rusiya yeni bir müqavilə bağlamağa açıqdır. Rusiya lazımi imkan və texniki təchizata malikdir. Əlbəttə, Rusiya bu əməkdaşlığı genişləndirmək üçün fürsət axtarır. Bu tamamilə normal bir üsuldur",- deyə bildirib.

Rusiyanın bir çox ölkə ilə hərbi və texniki əməkdaşlığının ikitərəfli münasibətlərinin mühüm ölçüsü olduğunu qeyd edən Peskov, "Belə bir əməkdaşlığın həyata keçirilməsi ikitərəfli münasibətləri yüksək səviyyəyə çatdırır. Bu, Türkiyə üçün də keçərlidir",- deyə sonda əlavə edib

Mövlud Çavuşoğlu, F-35 döyüş təyyarələrinin Türkiyəyə təslim edilməməsi halında bu sahədəki ehtiyacın başqa hər hansı bir ölkədən qarşılanacağını qeyd edərək, "ABŞ "Patriot" satmasa sabah biz ikinci bir S-400 də ala bilərik, başqa bir hava hücumundan müdafiə sistemi də ala bilərik" demişdi.


Türkiyənin ABŞ-a kəskin cavabından sonra Rusiyadan S-400 açıqlaması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
    Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib
     09.12.2019
    Həkimindən Şeyx Zəkzaki ilə bağlı açıqlama
    Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ