Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.01.2022 11:01:07

"Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyirik. Keçmişdə uğur qazana bilmədik və bu təcrübədən istifadə etməliyik", - Paşinyan bildirib.

“Ermənistanın Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak etmək ehtimalı yüksəkdir”. 

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanla sülh sazişinin imzalanması məsələsinin gündəmdə olduğuna diqqət çəkən Paşinyan "Belə bir saziş imzalanmalıdır, lakin ilk növbədə danışıqlar nəticəsində bu sənədin yaradılması lazımdır. Ermənistan bu danışıqlara hazırdır" ifadəsini işlədib.

Paşinyan Türkiyə ilə də münasibətləri normallaşdırmaq istədiklərini vurğulayıb.

"Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyirik. Keçmişdə uğur qazana bilmədik və bu təcrübədən istifadə etməliyik" deyə Paşinyan qeyd edib. 

Türkiyə ilə Ermənistan arasındakı danışıqların xüsusi nümayəndələr səviyyəsində başladığını xatırladan Paşinyan
"Xüsusi nümayəndələrimiz görüşdü. Bu proses belə davam edərsə, Ermənistanın Antalyadakı Diplomatik Forumda iştirak etmək ehtimalı yüksəkdir. Danışıqları davam etdirmək fürsətini əldən vermək ağılsızlıq olardı" deyib.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da verdiyi açıqlamada martın 11-13-də keçiriləcək ikinci Antalya Diplomatiya Forumuna (ADF) Ermənistandan da rəsmilərin dəvət edildiyini bildirib.


Türkiyənin dəvətinə Paşinyandan CAVAB: "Antalyadakı Diplomatik Forumda iştirak edəcəyik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahdan Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır
    Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır.
     24.05.2022
    Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ