1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:07.11.2019 11:31:57

Sosial media platformalarından biri olan Twitter-in iki keçmiş əməkdaşı Səudiyyə Ərəbistanına casusluq etməkdə ittiham olunur.

Sosial media platformalarından biri olan Twitter-in iki keçmiş əməkdaşı Səudiyyə Ərəbistanına casusluq etməkdə ittiham olunur.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, ABŞ-ın San Francisco ştatının məhkəməsi keçmiş Twitter işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə hökümətinə ötürməkdə ittiham edilirlər. Onların məlumatlarını ötürdükləri şəxslər sırasında Səudiyyə hökümətinə müxalif olanlar da var, istintaq sənədində göstərilir.

İttiham sənədində Twitter-in keçmiş əməkdaşları Ahmad Abouammo və Ali Alzabarah casusluqda günahlandırılıblar.

Üçüncü şəxs Səudiyyə Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairi-yə də eyni ittiham verilib.

O, Twitter-in keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Çərşənbə günü Seattle şəhərində baş tutan məhkəmənin qərarı ilə Ahmad Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb. Məhkəmə cümə günü davam edəcək.

ABŞ Xarici İşlər Nazirliyi digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

Abouammo sənədi saxtalaşdırılmasında və Amerika Deferal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

Ahmad Abouammo-nın Twitter şirkətindəki işindən 2015-ci ilə çıxdığı bildirilib.

Twitter-də mühəndis olaraq çalışmış Alzabarah da 2015-ci ildə Səudiyyə rəsmiləri üçün 6 min istifadəçinin şəxsi məlumatlarını əldə etməkdə günahlandırılır.

İstintaqçılar bildiriblər ki, rəhbərlik bu hərəkətlərdən xəbərdar olandan sonra ona inzibati məzuniyyət verilib və o, bundan sonra həyat yoldaşı və qızıyla birgə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hələki məsələ ilə bağlı aşıqlama verməyib.

Twitter yaydığı bəyanatda deyib: "Twitter-i dünya ilə düşüncələrini paylaşmaq və hakimiyyətdəkiləri sorğulamaq üçün istifadə edən çoxlu insanın qarşılaşdığı inanılmaz riskləri bilirik. Bizim onların gizliliyini və həyati əhəmiyyətli işlərini görmələri üçün müdafiələrini təşkil edə bildiyimiz vasitələrimiz var".


Twitter-in iki keçmiş işçisi Səudiyyəyə casusluqda ittiham olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ