1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.09.2019 11:00:12

İcmalar Palatasının lideri Jacob Rees-Mogg-un parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.

İslamazeri.com "bbc"-yə istinadən xəbər verir ki, İngiltərə parlamentində "razılaşdırılmamış Brexit"-in qarşısını alacaq qanunların qəbul edilməsi müzakirə edilərkən Mühafizəkarlar Partiyasının Brexit tərəftarı üzvü, İcmalar Palatasının lideri Jacob Rees-Mogg-un parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.

Rees-Mogg parlamenti "ələ salmaqda və hörmətsizlikdə" ittiham olunub.

Əsas müxalifətdəki İşçi Partiyasının millət vəkili Anna Turkey bu barədə "Təkəbbür, hüquq, hörmətsizlik və parlamentimizə qarşı hörmətsizliyin fiziki təcəssümü" deyə tvit atıb.

"Bu gecə danışılanlar çox maraqsızdır kimi davranaraq İcmalar Palatasının lideri üç nəfərlik divana sərilərək uzanıb", - o söyləyib. 

Rees-Mogg-un bu münasibəti Twitter-də də tənqidlərin hədəfi olub. Bəzi Twitter istifadəçiləri bu oturuşun "hörmətsiz" olduğunu söyləyərək "Düz otur! Sən İcmalar Palatasının lideri kimi davranmalısan. Plajlardakı qabaq cərgələrdəki şezlonqlarda oturmursan, bir az hörmət göstər" deyib.


Twitter istifadəçisindən ingilis millət vəkilinə düzəliş: "Düz otur!"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayn al Asad bazasında yaralılar olduğunu etiraf edən ABŞ, sabah öldüklərini də etiraf edəcək - General Hacızadə
    "Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olmalıdırlar."
     16.02.2020
    ABŞ Ordusu Əfqanıstanda 1 uşaq olmaqla 8 mülki vətəndaşı qətlə yetirdi
    Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.
     16.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ