EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:17.05.2018 12:25:24

İslamazeri.com-un "Din" rubrikasından...

İslamazeri.com:

Mirza Cavad Ağa Məliki Təbrizi (rh) oruc tutanları üç dəstəyə bölür:

1. Ümumi oruc. Bu həmin fiqhi orucdur və oruc tutan yemək-içməkdən çəkinir. Bu surətdə oruc tutan əxlaqiyyata diqqət etmir. Bir qadın öz kənizini söyürdü. Peyğəmbər (s) onu öz yanına çağırtdırdı. Həzrət (s) su qabını ona uzadaraq su içməsini buyurdu. Qadın özünün oruc olduğunu dedi. Peyğəmbər (s) buyurdu: "Sən necə oruc tutmusan, halbuki, söyüş söyürsən". ("Mən la yəhzəruhu əl-fəqih", c. 2, səh. 438)

Buyurdu: "Nə qədər çoxdur ac qalanlar, nə qədər azdır oruc tutanlar".

Əmir əl-möminin Əli (ə) buyurur:

"Hər kim yüksək məqama çatmaq istəsə, lakin bunun üçün çalışmasa, bu onun nadanlığının nişanəsidir". ("Ğurərul-Hikəm", səh. 435)

2. İkincisi xüsusi orucdur və bu orucda gərək təqva göstərəsən.

"Bu ayda ən üstün əməl haramlardan çəkinməkdir". ("əl-Əmali", Səduq, ən-Nəss, səh. 48)

3. Xasdan xas oruc. Bu orucu tutanlar o kəslərdir ki, onların batinləri də orucdur. Allahdan qeyrisini öz batinlərinə buraxmırlar. Təkcə Allaha diqqət edirlər.

Ramazan ayı insanın qəlbindən qapı açmaq üçündür. Əmir əl-möminin Əli (ə) buyurur:

Əgər qəlb orucuna çatmadınsa, ən azından dilin oruc olsun.

Qəlb o vaxt oruc olur ki, "Allaha məhəbbəti daha qüvvətli" olasan. Qəlbi fəth edən məhəbbətdir.

Ustad Füruği

 

Üç dəstə oruc tutanlar...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018
    Bu gün yayın son günüdür
    Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ