EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.04.2020 18:12:13

Koronavirusun əsas mərkəzi olan Uhanda insanlar işə qayıtmağa başlayıb

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, koronavirüsün əsas mərkəzi olan Çinin Uhan şəhərinin sakinləri məcburi təcrid başa çatdıqdan sonra və digər bəzi məhdudiyyətlər tədricən qaldırıldıqca bir qədər rahat nəfəs almağa, koronavirus səbəbindən həyatlarını itirənlərə yas tutmağa başlayıb.

Hubey vilayətinin paytaxtı Uhan şəhərində virusdan ölənlərin xatirəsi anılıb.

Avtomobillər, qatarlar və gəmilər fit səsləndirib, piyadalar isə sükut içərisində başlarını əyib. "Mən Çinin üzləşdiyi böyük müsibətə görə yas tuturam. Bu insanların başına gələnlər çox kədərlidir" - deyə, Uhan sakini Cen Veinenq bildirir.

Yavaş-yavaş insanlar işə qayıtmağa başlayıb. Uhanın tərəvəz satıcıları böyük sarı piştaxtalar arxasında ticarəti bərpa edir. Tərəvəz satıcısı "Bizim işimiz pis deyil. Bura içəridə qalmaqdan daha yaxşıdır. İnsanlar alış-verişə hazırdırlar. Onlar istədiklərini alıb, tez gedirlər" deyir.

"Özümü supermarketdə təhlükəsiz hiss etmirəm. Orada çox adam var. Yoluxmaların çoxu supermarketlərdə baş verib" deyir, Uhan sakini Jen Conqvu.

Şəhərin başqa yerlərində nsanlar küçələrdə velosiped sürür. Xüsusilə bir sakin ailəsinə yenidən qovuşduğuna görə sevinir.

"Həyat yoldaşım bir qızdırma xəstəlikləri klinikasında işləyir. O yoluxduğundan əmin olmadığı üçün həmkarları ilə birlikdə bu günə qədər karantində idi. Bizim kompleksdə karantin qaldırıldı və o, işdən bir gün istirahət götürüb anasını iki aydır görməyən oğlumuzu görməyə gəldi" - deyə, digər sakin bildirir.

Çin hökuməti 11 milyon əhalisi olan bu şəhərdə təxminən 2500 adamın öldüyünü bildirir. Bu, ölkədə koronavirus səbəbindən ölümlərin 75 faizdən çoxunu təşkil edir. Ancaq Qərbdə bəziləri Çin hökumətinin rəqəmlərinin tamamilə şəffaf olub-olmaması ilə bağlı suallar qaldırır.


Uhanda karantin bitdi, insanlar işə qayıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ