Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:3.01.2022 17:10:15

”Hazırda pandemiya ərəfəsi olduğundan ziyarəti başa vurmamışdan əvvəl təkrar təyyarə ilə səyahət edəcəyi üçün əlavə olaraq Pcr testi tələb olunur”.

Yanvarın 13-dən etibarən Ümrə ziyarəti başlayacaq.

Artıq zəvvarların sənəd qəbulu da başlayıb.

Ziyarət niyyətində olan insanları əsas maraqlandıran suallardan biri də qiymətlə bağlıdır. Ümrə ziyarəti bütövlükdə neçəyə başa gəlir?

Qafqaz Müsəlmanları İdarəsindən İslamazeri.com-a verilən məlumata görə, bu il biletlərin qiyməti 1140 dollardan başlayacaq.

QMİ-in xarici əlaqələr şöbəsinin əməkdaşı Anar İbrahimov deyir ki, 13 yanvar 2022-ci ildə ilk Ümrə ziyarətinə ilk səfərimiz olacaq: “Şərtləri odur ki, Səudiyyə Ərəbistanın qanunlarına əsasən mütləq şəkildə vaksin olunmalıdır. Qiymətlərimiz 1140 dollardan başlayır və zəvvarların istəyinə uyğun təşkil olunur. Ümumi ziyarət 7 gecə 8 gün davam edir. Ziyarətə daxildir biletlər, Səudiyyə Ərəbistanda covid 19 testi, “zəm-zəm” suyu, ehram və bütün otel xərcləri də bu qiymətə daxildir”.

Anar İbrahimovun sözlərinə görə, zəvvarlar ziyarətə mütəxəssislərlə birgə yola salınır və onlara dini ayinlər izah olunur: “Qeydiyyat prosesində vətəndaşdan xarici pasport vaksin pasportunun sürəti və 1 ədəd foto şəkil tələb olunur. Əgər zəvvar xanımdırsa hicablı şəkil tələb olunur ”.

Təşkilatçı şirkətlərdən birinin rəhbəri Rövşən Əliyev deyir ki, zəvvarlar Məkkə və Mədinə şəhərlərini də ziyarət edəcəklər. Ziyarətlər isə həm qrup, həm də fərdi şəkildə təşkil olunur.

Şirkət rəhbəri Rövşən Əliyevin sözlərinə görə, qrup şəklində turlar daha ucuz başa gəlir: ”Hazırda pandemiya ərəfəsi olduğundan ziyarəti başa vurmamışdan əvvəl təkrar təyyarə ilə səyahət edəcəyi üçün əlavə olaraq Pcr testi tələb olunur”.

 

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin əməkdaşı Anar İbrahimov isə vurğuladı ki, zəvvarların iki “Sinovac” vaksini olarsa, üçüncü vaksinin “Pzifer” olması mütləqdir.


Ümrə ziyarətinin başlayacağı tarix açıqlandı: Zəvvarlar bu vaksinləri vurdurmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti bahalaşıb
    Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
     9.08.2022
    TƏBİB bir sıra xəstəxanalara həkim axtarır
    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ