Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:24.06.2022 15:01:29

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən aydan bəri davam edən meymunçiçəyi virusu epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı ilk iclasını keçirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, qurumdan yayılan yazılı açıqlamada ÜST-nin fövqəladə hallar komitəsinin meymunçiçəyi virusu epidemiyasının Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) kateqoriyasında qiymətləndirilməsi ilə bağlı tövsiyələrini ÜST rəhbərliyinə çatdıracağı bildirilib.

İclasdan sonra mətbuata açıqlama verən ÜST-nin baş direktoru Doktor Tedros Adhanom Qebreyesus virusun endemik olduğu Afrika ölkələri də daxil olmaqla, 48 ölkədə 3200-dən çox yoluxma halının aşkar edildiyini, 2022-ci ilin əvvəlindən bu yana Mərkəzi Afrikada 70-ə yaxın insanın öldüyünü bildirib. 

Qebreyesus Nigeriyada meymunçiçəyinə yoluxma hallarının çoxunun qadınlar olduğunu vurğulayıb.

Meymunçiçəyi virusunun ilk dəfə bir çox qeyri-endemik ölkədə müşahidə edildiyini xatırladan Qebreyesus bu xəstəliyin necə yayıldığını öyrənməyin çox vacib olduğunu söyləyib.

ÜST-nin fövqəladə hallar komitəsi meymunçiçcəyi virusunun  təhlükəsi səviyyəsini qiymətləndirmək üçün yaxın günlərdə yenidən toplantı keçirəcək.


ÜST meymunçiçəyi virusu ilə bağlı ilk iclasını keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti bahalaşıb
    Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
     9.08.2022
    TƏBİB bir sıra xəstəxanalara həkim axtarır
    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ