EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2018 11:36:01

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mayın 15-də Ombudsman Aparatı işə qarışdıqdan sonra vəkil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin saxlama yerində saxlanılan Gədəbəy rayon icra hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovla görüşüb. Bu barədə Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib.

Onun szölərinə görə, Saleh Rütəmov vəkilinə səhhətinin normal olduğunu bildirib.

Qeyri-rəsmi mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, mayın 15-də Beynəlxalq Qırmızı Xaş Komitəsinin nümayəndələri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə görüşüb.

Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

Mayın 16-da Bakı Apellyasiya Məhkəməsində Saleh Rüstəmovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılacaq.


Vəkil narkotik ittihamı ilə həbs olunan sabiq icra başçısı ilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei İran üçün yeni ilin şüarını dedi:  İstehsala rövnəq!
    İslam İnqilabının rəhbəri hər il olduğu kimi, bu ildə Şəmsi ilin daxil olması münasibətilə Novruz müraciəti yayıb və bu ilin şüarını - "İstehsala rövnəq!" olaraq seçib
     21.03.2019
    Apple-dən yeni AirPods
    Apple yeni AirPods təqdim edib
     21.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ