1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:31.08.2019 23:30:23

Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb.

Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) Qovlar Şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayev tərəfindən təhqir edilməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunmuş xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan münasibət bildirilib.

İslamazeri.com xəbər verir ki, qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımov APA-ya deyib ki, Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədov 23.08.2019-cu il tarixində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz RPŞ-yə müraciət edərək RPŞ-nin Qovlar Şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib.

Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.

"Bundan başqa Vaqif Əhmədov Tovuz RPŞ-yə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - deyə E. Qasımov qeyd edib.


Vətəndaşla kobud davranan daha bir polis cəzalandırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ