EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.03.2019 21:48:56

Ruhullah Novruzzadə Bakı Hava Limanında saxlanması və ümumi baş verənlərlə bağlı açıqlma verib

İslamazeri.com Ruhullah Noruzzadənin açıqlamasını təqdim edir:

"Bismillahir Rəhmanir Rəhim.

Əvvəla, narahat olan, duaları ilə dəstək olan bütün əzizlərimə minnətdarlığımı bildirirəm. Allah hamınızdan razı olsun və qəbul etsin!

Bildiyiniz kimi, atamın sağlamlıq problemləri son zamanlar ciddiləşib. Bu məqsədlə, bayram tətilində vətənə səfər etmək qərarına gəldim. Bəzi əzizlər 3 il öncə Astara sərhəddində yaşadığım olayı və ölkəyə buraxılmamağımı nəzərə alaraq ölkəyə səfərimi məsləhət bilməsələr də, atama qarşı olan borcumu yerinə yetirmək üçün onun öz razılığı və göstərişi ilə 03.13.2019 tarixinə bilet aldım.

13-ü saat 04:00-da artıq təyyarədən enmiş və pasport yoxlanışı üçün müraciət etmişdik. İlk öncə, pasportumun Azərbaycanın Rusiyadı səfirliyində dəyişdirilməsini və 3 ildir xaricdə olduğumu səbəb olaraq gətirərək, bir müddət gözləməli olacağımı bildirdilər. Bir müddət sonra yenidən müraciət etsəm də, əlavə məlumatlarının olmadığını və hər şeyin saat 8 dən sonra məlum olacağını qeyd etdilər. 2 azyaşlı uşaqla məni gözləyən ailəmi, bizi qarşılamağa gələn yaxınlarımla yola sadıqdan sonra, yönləndirdikləri gözləmə zalına getdim. Saxlanılma yerimdən və xidmət göstərən məmurlardan şikayətim yoxdur. Rahatçılığımız və işimizin tez bir zamanda həll olması üçün əllərindən gələni edirdilər. Dəfələrlə yemək təklif etdilər. Təşəkkür edib, ac olmadığımı bildirirdim.

Nəhayət saat 18 radələrində, qeyri rəsmi olaraq ölkəyə girişimin mümkünsüz olmağıyla bağlı xəbər aldıqlarını, bunun rəsmi olaraq heç bir orqan tərəfindən yaxınlarıma deyilməyəcəyini və dərhal ölkəni tərk etməyimlə bağlı tələblərinin olduğunu bildirdilər. Bütün bu deyilənlərin qanunsuz, bir başa konstitusiyaya zidd olduğununu özlərinin də bildiyini simalarından anlamamaq mümkün deyildi, lakin mən bunu onlara yenidən xatırlatdım. Bu addımın konstitusiyanın 28-ci maddəsinin 4-cü bəndinə zidd olduğunu bildirdim və onları bu qeyri qanuni işə vadar edən səbəbi soruşdum. Onlar isə "bizə bu cür bildirilib" deməklə kifayətləndilər. Məndən ilk uçuş üçün bilet almağımı istədilər və istiqamətimin Tehran olmasının mənim üçün daha münasib olduğunu bildirdilər. Zaman qazanmaq üçün açıq formada etiraz etmədim. Yaxınlarım və dostlarımla məsləhətləşdikdən sonra bu qərara gəldik ki, sabah vəkil gələnədək ölkəni tərk etməyim. Məmurlar dəfələrlərlə yaxınlaşır və bileti alıb, almadığım barədə soruşurdular. Narahatlıqlarını gizlədə bilmirdilər, buna səbəb olan amili gizlətsələr də. Onların suallarına "çalışırıq" deyə cavab verirdim. Bu müddət ərzində onlara, məsələnin özlərinə və dövlətçiliyimizə ziyan olduğunu, bir neçə gündən sonra onsuz da qayıdacağımı və atamı ziyarət etmək üçün gəldiyimi anlatmağa çalışsam da, onların baxışlarından “haqlısan, amma bizlik deyil” mesajlarını alırdım. Özləri də dəfələrlə bu işin qanunsuz olduğunu vurğulayırdılar. Bu qərarı onlara bildirənlərlə görüşmək istəyimə cavab olaraq, bunun mümkün olmadığını bildirdilər. Tam əminliklə deyə bilərəm ki, öz qapısına qol vurmuş komandanın keçirdiyi hissi keçirirdlər. Lakin nə deyəsən? Bu iş onlarlıq deyil və tələb “yuxarıdan”, bəlkə də özlərinin də bilmədiyi bir yerdən gəlmişdi.

Nəhayət, saat 21:30-da bilet qeydiyyatının bitdiyi elan olunduqdan sonra yaxınlaşıb, bu gün üçün biletin alınmadığını və Tehrana sabah uça biləcəyimi bildirdim. Təşvişləri bir qədər də artdı. Yarım saat sonra tələsik halda mənə yaxınlaşaraq, hazırlaşmağımı və 23:30-da Tehrana yola düşməyimi istədilər. Atamın və dostların məsləhəti ilə, onların bu istəyi önündə müqavimət göstərməyi, haqqım olsa da, yersiz bilib, Tehrana geri döndüm.

Qeyd etməliyəm ki, bütün bu zaman ərzində heç bir orqan rəsmiləri tərəfindən sorğulanmadım. Deport məsələsinə gəlincə, bununla bağlı mənə nə bir sənəd, nə də şifahi məlumat verilmədi. Ailəmin aldığı məlumata görə işim, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindədir və məsələ Nardaran hadisələrilə bağlıdır.  Bir halda ki, məlum olaylar zamanı mən ölkədə olmamış və məsələylə yaxından-uzaqdan heç bir əlaqəm olmamışdır.

Bəzi dostlar geri dönməyimin yanlış olduğu qənaətindədirlər. Qənaətləri hüquqi cəhətdən dəqiq olsa da, nəzərə almaq lazımdır ki, mənim bu səfərdən məqsədim sırf atamı ziyarət etmək idi. Onların tələbinə müqavimət göstərməyim bu hədəfimə çatmağıma qulluq etməyəcək, bəlkə də əks təsir göstərəcək və atamın problemləri daha da ağırlaşacaqdı.
İkincisi, mən bu səfəri məhz atamın göstərişi ilə həyata keçirmişdim və səfər əsnasında yaşanan bu hadisələr zamanı da onun istəklərini nəzərə almaya bilməzdim.
Üçüncüsü isə, mən İİR-də təhsil alıram və bu gün ölkəyə nəyin bahasına olur-olsun qayıtmağım planlarıma uyğun deyil. Qeyd etdiyim kimi, adım Ağır Cinayətlərlərə dair istintaq idarəsində  hallanır və israrlı olmağım, digər əzizlər kimi heç bir əsas olmadan həbs olunmağıma səbəb ola bilərdi. Bunun isə nə faydası, nə də zərurəti var idi. Üstəlik atamın vəziyyətinə mənfi təsir göstərə bilərdi. Ölkə xaricində təhsilimin bitdiyi gün, bəlkə də daha tez, mən yenidən vətənə qayıtmağa cəhd göstərəcəyəm. Həmin günədək bu qanunsuzluğa son qoyulacağına, məsələnin məntiqli yollarla həll olunacağına ümid edirəm. Təbii bu müddətdə vəkilim bütün hüquqi yollara baş vuracaqdır.  Mənə qarşı atılan bu addımı məmur özbaşınalığıdırsa dövlətə və hakimiyyətə qarşı təxribat, hakimiyyətin öz addımıdırsa strareji yanlışlıq hesab edirəm və ümid edirəm ki, bu məsələnin yenidən gündəmə gəlməsi gözlənilən problemlərin müsbət məcrada həllinə öz təsirini göstərəcəkdir.
Dördüncüsü isə, mənim bu səfəri reallaşdırmaqdan digər məqsədim, günahsızlığımı, daha dəqiq desəm, ölkəyə girişimə qoyulan məhdudiyyətin əsassız olduğunu və bu məsələdən qaçmadığımı cəmiyyətə və məmurlara sübut etmək idi. Mən artıq özümü bu hədəfə çatmış hesab edirəm və 3 il öncə ölkəyə buraxılmamağımla bağlı cəmiyyətə barəmdə yayılan şəkk və şübhələrə son qoyduğumu düşünürəm. Məşhur atalar sözündə deyildiyi kimi: “Arixivi təmiz olanın məhkəmədən nə qorxusu?”. Bəlkə də, bəziləri 3 il öncə məni ölkəyə buraxmamaqla qəzəblənəcəyimi, dövlət əleyhinə fəaliyyətə başlayacağımı gözləyir və bununla da mənim həbs olunmağım üçün əsaslı səbəb qazanacaqlarını planlaşdırırdılar. Lakin Allahın yardımı ilə həyat və fəaliyyətlərimin şəffaflığı bəzilərinin bu məqsədlərini puç etdi. Mənim, havalimanında olsa belə vətəndə əlavə olaraq bir gün qalmağıma razı olmamaqları və öz xərcləri bahasına olsa belə tələsik formada Tehrana geri qaytarmaları da bu deyilən məsələnin göstərcisidir.

Bu hadisə həqiqətdə məhkəmə rolunu daşıdı. Barəmdə və barələrində hökm vermək xalqın öhdəsinə buraxıldı. Məhkəmədən və üzləşməkdən hansı tərəfin qaçdığı göz önündədir.

Bakıda olan əzizlərimiz vəkil tutublar, məsələnin həlli üçün ciddi səy göstərirlər, layiq olmadığım halda vaxt ayırırlar. Hamısının əlindən öpürəm və Allahdan, bizə də onlara qulluq etməklə bağlı şərait yaratmasını diləyirəm. Xüsusən vəkilim Cavad Cavadova və əvvəlki vəkilim Zaman Səmədova çəkdikləri zəhmətə görə dərin minnətdaram.

Fürsətdən istifadə edib bildirməliyəm ki, mənim ölkəyə girişimə qoyulan məhdudiyyətin qanunsuz olduğu kimi, ruhani, dindar və bir çox əzizlərimiz yaşadığı həbs həyatı da qanunsuzdur. Mən çətinlikdə olsam da, nisbətən sərbəst olaraq hədəfim uğrunda çalışıram. Lakin qeyd etdiyim əzizlər çox çətin şəraitdədirlər və dəstək olunmağa daha layiqdirlər. Allah Rəcəb ayında dünyaya gəlmiş ədalət carçısının hörmətinə, ədalətin həqiqi icraçısının zühurunu tezləşdirsin!

Sonda qeyd etməliyəm ki, ölkədə qanunsuzluğa düçar olan yalnız dindarlar deyil. Xalqın fəryadı ərşə çatıb. Şəxsən, bütün bu böhranların mövcud hakimiyyət tərəfindən həllinin tərəfdarıyam. Rəsmi qurumlara səslənərək, xalqla səmimi və real dialoqa keçmələrini, qanunsuzluqların zamanla da olsa həll olunmasını, xalqın etibarını yenidən qazanmalarını, haqlı tələblərinin reallaşmasını, haqsız yerə həbs həyatı yaşayan əzizlərimizin tezliklə sərbəst buraxılmalarını istəyirəm. Zəmanət verirəm ki, bütün bunların reallaşmasından ən çox bəhrə aparacaq tərəf məhz hakimiyyət olacaqdır.

Allahın salamı olsun, sizə və saleh bəndələrinə."


Vətəninə buraxılmayan ilahiyyatçı Ruhullah Novruzzadədən GENİŞ açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Range Rover”lə qəza törətməkdə təqsirləndirilən polisə bəraət verildi
    Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     25.06.2019
    Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı
    Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ