EURO 1,8385 TRY 0,2518
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:16.08.2019 10:31:57

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in mlumatına görə, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına 6 nəfər çatdırılıb.

Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanada hazırda bir nəfər qalıb - 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərova sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

 Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Xaçmazda ağır yol qəzası - 1 ölü, 5 yaralı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya üzrə koronavirusa ən çox yoluxan ilk 10 ölkə - YENİ CƏDVƏL
    ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətləri arasında liderdir
     05.04.2020
    Azərbaycanda daha 63 koronavirus xəstəsi aşkar edilib
    Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ