EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:23.03.2019 16:50:15

"Əli İnsanovun səsləndirdiyi fikirlər Azərbaycanda sabitliyi pozmağa doğru yönəlik, məkrli planlara xidmət edən bəyanatdır."

“Əli İnsanovun səsləndirdiyi fikirlər Azərbaycanda sabitliyi pozmağa doğru yönəlik, məkrli planlara xidmət edən bəyanatdır. Ancaq bu insanlar hələ də anlamaq istəmirlər ki, artıq xalq belə pafoslu bəyanatları qəbul etmir. Xalq bu şəxslərin artıq kim olduğunu və hansı məqsədlərə xidmət etdiyini yaxşı bildiyindən, onlara əhəmmiyyət vermir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Gündüz Osmanov deyib.

Onun sözlərinə görə, xalq əslində Əli İnsanovun bu ahıl yaşında ölkə başçısının göstərdiyi humanist addıma görə ona təşəkkür edəcəyini gözləyirdi.
“Ancaq Əli İnsanov xalqı bir xəyal qırıqlığına uğratdı. Xalq bir daha bu insanın cəmiyyət üçün deyil, bir daha öz şəxsi maraqlarını əsas götürərək xalqın adından sui-istifadə halının şahidi oldu”,- G.Osmanov qeyd edib.

Deputat əlavə edib ki, ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalayaraq siyasi düşüncə və əqidəsindən asılı olmayaraq cinayət əməlinə görə həbs edilmiş insanalır əfv etməklə Azərbaycanın dünyada demokratik dəyərlərə sadiqliyini sübut etdi:

“Ölkə başçısı bununla yürütdüyü siyasətlə demokratik dəyərlərə, insan və hüquq azadlıqlarına sadiqliyini, həmçinin bu siyasəti yürüdərkən insanlıq və humanizmi meyar kimi götürdüyünü nümayiş etdirmış oldu. Azərbaycan müstəqil və demokratik ölkə olduğundan siyasətini də müstəqil yürüdür. Ona görə də nə hər hansı ölkə, nə də beynəlxalq təşkilat Azərbaycana təzyiq edib, kimlərinsə azad olunmasına nail ola bilməz. Əgər beləydisə, o zaman Əli İnsanov niyə bu gün əfv olunurdu? Niyə 13 il həbsdə qalırdı? Azərbaycan belə təzyiqlərdən çəkinsəydi, o zaman onu həbs etməzdi. Əgər bu baş verməyibsə deməli, deyilənlər Azərbaycan dövlətinə qarşı atılan iftiradır. Yəni bu insanlar öz ənənlərinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, görülən və atılan nəcib əməllərə kölgə salmağa çalışırlar.

Bu insanlar atılan nəcib addımlardan, Azərbaycandakı mövcud demokratik dəyərlərdən öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə cəhd edirlər . Əli İnsanov da bu qəbildən olan insanlardan biridir. Lakin o, unudur ki, Azərbaycan xalqı 15 il bundan öncəki xalq deyil. Xalq belə insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb”.

Deputat bildirib ki, belə bəyantlarla uzun illər ərzində hakimiyyətlə xalq arasında yaranmış birliyi poza bilməz:

“Artıq xalq kimin kim olduğunu yaxşı bilir. Əli İnsanov kimilər isə belə bəyantlar səsləndirməklə ancaq müəyyən müddət özlərini gündəmdə saxlamağa çalışır. Əslində Əli İnsanov bu fikirləri ilə öz mahiyyəti ortaya qoymuş oldu.

İnsanov onu əfv edən şəxsə deyil, Amerikaya və Azərbaycanı sevməyən qüvvələrə mesaj ünvanladı ki, mən sizin burada sabitliyi pozmaq niyyətlərini həyata keçirməyə hazıram. Xalqın isə belə insanlara layiqli cavabı olacaq və yox deyəcək. Zəhmətlər hesabına qurulan sabitliyi kimsənin pozmaq cəhdlərinə, niyyətlərinə imkan verməyəcək. Onların bu cəhdlərini gözündə qoyacaq”.

“Xalq Əli İnsanov kimi insanlara  çoxdan yox deyib və onları tarixin arxivinə atıb”


“Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb” - Millət vəkili

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ