EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:24.03.2019 01:55:15

Bununla birlikdə, o, qeyd edib ki, hələ ki bunu etmək çətindir.

Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç razılaşır ki, Avropa İttifaqı hazırda çoxlu problem yaşayır, amma o, Aİ-nin SSRİ və Yuqoslaviya Sosialist Federativ Respublikası kimi dağılacağını birmənalı olaraq istisna edir.

"Bu iki dövlət diktaturaya əsaslanırdı, ona görə də kifayət qədər uzun müddət yaşamadılar. Onlardan fərqli olaraq, Avropa İttifaqı demokratik təsisatdır. Bəli, problemlər var, amma bu təşkilata daxil olan 28 ölkə onları həll etməyə çalışır. Hələ ki onlardan heç biri İttifaqı tərk etməyə hazırlaşmır", - deyə Stepan Mesiç virtualaz.org-a eksklüziv açıqlamasında bildirib.

Sabiq prezident qeyd edib ki, Avropa İttifaqına daxil olan bütün ölkələr, praktik olaraq, öz yaşayış səviyyələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıblar: "Problemlər var idi, amma təşkilat üzvlərinin iqtisadiyyatları bütovlükdə sabitləşdirildi. Əvvəlcə bir çoxlarının çətinlikləri vardı, amma sonra sabitlik başladı. Təbii, Xorvatiya da çətinliklərdən qaçmadı, amma o, Avropa fondlarından vəsaitlər və dəstək alır, bu da sənaye və kənd təsərrüfatının inkişafına impuls verir."

"Şübhə etmirəm ki, Avropa İttifaqı yaranmış problemlərdən qurtulmaq və yenidən güclü olmaq iqtidarındadır. Təəssüf ki, indi dünyada qeyri-müəyyənlik hökm sürür və belə beynəlxalq vəziyyətdən itkisiz çıxmaq çox çətindir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin səylərini xüsusi qeyd etmək istəyirəm, hansı ki, bu çətin dövrdə öz ölkəsini problemlərdən qorumağa müvəffəq olur", - deyə xorvat siyasətçi vurğulayıb.

S.Mesiç hesab edir ki, Azərbaycan bu gün Avropa İttifaqı ilə energetika əməkdaşlığını inamla genişləndirir. Buna görə də Avropanın gələcək energetika xəritəsində "Cənub Qaz Dəhlizi"nin əsas rolu daha aydın görünür. Avropa və Azərbaycan möhkəm qarşılıqlı əlaqələrdə maraqlıdırlar.

Qarabağ probleminə toxunarkən Mesiç bildirib ki, avropalılar onun nizama salınmasında öz rollarını oynamalıdırlar. Bununla birlikdə, o, qeyd edib ki, hələ ki bunu etmək çətindir.

"Tez-tez "Avropa xarici siyasəti "adlandırılan şey əslində mövcud deyil. Bəli, biz bu mövzuda danışırıq, ancaq iş konkret məsələ və problemlərə gələndə, təşkilatın üzvü olan hər bir ölkə ilk növbədə öz maraqlarını qoruyur. Və nə qədər ki, vəziyyət belə qalacaq, o, beynəlxalq münasibətlərdə zəif bənd olacaq. Avropa dünyadakı geosiyasi proseslərdə daha əhəmiyyətli rol oynamaq istəyirsə, müxtəlif problemlərin həlli üçün beynəlxalq təşəbbüslərdə daha fəal olmalıdır", - deyə S.Mesiç sonda bildirib.


Xorvat eks-prezident: Avropalılar Qarabağ probleminin nizamlanmasında rol oynamalıdırlar, hələ ki...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ