Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:24.06.2022 14:42:48

Bildirilib ki, apellyasiya günləri 1 iyul tarixindən sonra məlum olacaq və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələrindən apellyasiyaya müraciət etmək istəyən abituriyentlər 29 iyun - 1 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bu barədə "İslamazeri.com"a DİM-dən xəbər verilib.

Bildirilib ki, apellyasiya günləri 1 iyul tarixindən sonra məlum olacaq və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər imtahan verdikləri gün müraciətlərini təqdim etməlidirlər.

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə imtahan nəticələrindən Apellyasiya komissiyalarına imtahan növbəsi (səhər və axşam növbələri olur) bitdikdən sonra müraciət etmək mümkündür.

Qeyd edilib ki, istiqamətlər üzrə yalnız yuxarıda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.


Xüsusi qabiliyyət imtahanlarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin vaxtı açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ünvanlı sosial yardımın məbləği artıb
    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
     9.08.2022
    İstanbul Zeynəbiyyədə Aşura mərasimi - FOTO
    Tədbir küçə yürüşləri ilə başlayıb, Yəhya Kamal Bayatlı Konfrans və Mərasim salonunda davam edib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ