1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.11.2019 12:23:15

Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı

Müharibə - insan qəlbində böyük bir mənəvi yaradır. İnsanlar Vətəninin taleyi, torpaqları azadlığı uğrunda canlarını verdilər… Qarabağ müharibəsi yollarında nə qədər kədər, göz yaşları, müsibətlər, uğursuz talelər ailələrdə acı bir iz qoydu...

 

Azərbaycanın hər yerində şəhid olan əsgərlərin xatirəsinə abidələr ucaldı, adlarına məktəblər, küçələr verildi. Azərbaycanın hər bir bölgəsində “Şəhidlər Xiyabanını” görüb şəhid olan qardaşlarımızın məzarlarını yad edirik.

 

Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı. Bu büst kəndin mərkəzində yerləşən, şəhid oxuduğu və adını daşıyan məktəbin qarşısında ucalıb. Məktəblilər hər səhər məktəbə gələndə ilk olaraq şəhidimizi yad edir, büstün ətrafını gül-çiçəklə bəzəyirlər. Məktəbə girəndə isə şəhidə aid stend qoyulub.

 

Hüseynov Zahid Rabil oğlu 13 noyabr 1973-cü ildə Salyan rayonunun Parça Xələc ərazi dairəsinin Seydan kəndində dünyaya gəlib. Ailədə doqquz uşaq – beş bacı, dörd qardaş olublar. Zahid ailənin yeddinci uşağı olub. Atası Rabil Hüseynov uzun müddət kolxozda sürücü işləyib. Anası Əminə xanım evdar qadın olub, doqquz uşağı böyüdüb. Zahid elə kiçik yaşlarında vətənpərvərlik ruhunda tərbiyə almış böyüyüb boya-başa çatmışdı.

 

1981-ci ildə Zahid Bakı şəhərinin 4 saylı təmayüllü məktəbinin birinci sinfinə gedir və səkkiz il oxuduqdan sonra doğma kəndinə qayıdıb və 1989-cu ildə Seydan kənd tam orta məktəbində təhsilini davam edir. Məktəbdə oxuyarkən, eyni zamanda “Karate” üzrə idman növü ilə məşğul olur.

 

İllər keçir… Artıq bu gənc məktəbi bitirib və məktəbli illəri ilə vidalaşır. Gələcəkdə Zahid təhsilini davam etdirmək, ali təhsil almaq və seçdiyi ixtisası üzrə işləmək, sonra ailə qurmaq arzusunda olur. Amma təəsüf ki, bunlar sadəcə xəyallardır… O zaman onu nə gözlədiyini, yolunun hansı çətinliklərdən keçəcəyini və Vətənini qoruyub, torpaq azadlığı uğrunda döyüşüb şəhid olduğunu o bilmirdi.

 

1992-ci ildə yaz aylarında Hüseynov Zahid Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır və “N” saylı xüsusi təyinatlı kəşfiyyat taborunda xidmət edir. O, hərbi hissədə özünü intizamlı, cəsarətli və komandirin əmrlərinə tabe olan bir əsgər kimi göstərir. Xidmət etdiyi zaman hərbi hissə heyətinin, komandanlığın və döyüş yoldaşlarının hörmətini qazanır.

 

1994-cü il yanvar ayının 29-dan 30-na keçən gecə Ağdərə rayonunun Akop-Komari istiqamətində gedən qanlı döyüşlərdə gənc əsgər ömrünün 20 ilini yaşamış Hüseynov Zahid Rabil oğlu şücaətlər göstərərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.

 

Allah rəhmət eləsin.

www.mubarizim.com


Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ