EURO 1,9164 TRY 0,2892
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.06.2019 13:10:16

Moskvanın baş ravvini mövzu ilə bağlı danışıb.

İslamazeri.com-un “Islam News”-a istinadən verdiyi xəbərə əsasən, Rusiyanın paytaxtı Moskvanın baş ravvini və Avropa Ravvinlər Şurasının prezidenti Pinxas Qoldşmidt dünyanın ən varlı insanları arasında bu qədər çox yəhudinin olmasını çalışqanlıq və məqsədə doğru hərəkətlə izah edib.

Onun sözlərinə görə, yəhudi xalqının nümayəndələrinin uğur qazanmasının iki səbəbi var: sosioloji və dini. Sosiolojiyə əsasən, antisemitizm şəraitində yəhudilər, digərlərinin əldə etdiyi eyni nəticəni əldə etmək üçün bir neçə dəfə daha çox cəhdlə çalışmaq məcburiyyətində qalıblar.

Dini versiya isə deyir ki, hər bir yəhudi “hər dəqiqə nəsə öyrənmək” qanununa uyğun olaraq həyat sürür. Bu qanun zamanla “milli genin bir hissəsinə” çevrilib.

O qeyd edib ki, həyatın bəzi sahələrində yəhudilər ciddi uğurla öyünə bilmirlər. Bunlara misal olaraq, o, idman və kənd təsərrüfatını göstərib.

Xatırladaq ki, “Forbes”in versiyasına əsasən, 2019-cu ildə dünyanın 10 ən varlı adamının 5-i yəhudidir: “Facebook”-un qurucusu Mark Zukerberq, biznesmenlər Maykl Blumberq və Uorren Baffet, “Google”-nin qurucularından biri Lari Peyc, “Oracle”nin təsisçisi Larri Ellison.


Yəhudi lider: Bizim uğurumuzun sirri dinimizdir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp İsrail və Netanyahuya təşəkkür etdi - SƏBƏB
    "Bu böyük şərəfə görə təşəkkür edirəm!"
     17.06.2019
    Türkiyədən ABŞ-ın tələbinə “YOX” dedi
    Türkiyə XİN başçısı məsələ ilə bağlı danışıb.
     17.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ