EURO 1,8859 TRY 0,2965
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.05.2019 14:07:39

Argentinada yəhudi ravvin hücuma məruz qalıb.

İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, Argentinanın paytaxtı Buenos-Ayres şəhərində naməlum şəxslər 40 yaşlı yəhudi ravvin Eliyaqu Şamana hücum ediblər.

Hadisə 18 May tarixində, ravvin sinaqoqda şənbə ibadətini etdikdən sonra evə qayında zaman baş verib.

Yəhudi icmasının bildirdiyinə görə, qəddar hücum yerli küçə bandasının üzvləri tərəfindən həyata keçirilib. Hücum edənlər yəhudi ravvinin ünvanına antisemit təhqiredici ifadələr işlədərək onu döyüblər.

Hadisə baş verən anda ətrafda insanlar toplaşsa da, onlardan heç biri ravvini müdafiə etməyib, əksinə, onun döyülməsinə gülərək, caniləri daha da təşviq ediblər.

Ravvid təkbaşına özünü xəstəxanaya yetirib; həkimlər onda əl sınığı və baş nahiyyəsində zədə diaqnozu qoyublar.

Hadisədən bir gün sonra ravvin polisə şikayətlə müraciət edib. Yerli yəhudi icması araşdırmanın gedişatını nəzarətdə saxlayır.

Xatırladaq ki, Fevral ayınad Argentinanın baş ravvini Qabriel Davidoviç də öz Buenos-Ayresdəki öz evində hücuma məruz qalıb. O və onun ailəsi amansızcasına döyülərək qarət ediliblər.

Polis şübhəliləri tutub. Məlum olub ki, hücum antisemitizm zəminində yox, kriminal xarakterli olub. Baş ravvinin evindən təxminən 5000 dollar pul və çox sayda zinət əşyası oğurlanıb.


Yəhudi “molla” amansızcasına döyüldü: Heç kim kömək etmədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ