EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.07.2019 17:15:43

Toplanan bütün pullar Kraystçörç fonduna köçürüləcək.

İslamazeri.com-un “Radio New Zealand”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Pitsburq şəhərinin yəhudi təşkilatı Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məsdiclərdə törədilmiş terror aktları qurbanları üçün təxminən 1 milyon dollar toplayıb.

Sözügedən Yəhudi Federasiyasının prezidenti Cef Finkelşteynin fikrincə, bu, yəhudi icmasının müsəlmanlara cavabıdır. Xatırladaq ki, ötən il Pitsburqdakı sinaqoqa edilmiş oxşar hücumdan sonra, müsəlmanlar terror qurbları üçün pul toplamışdılar. Məlum terror zamanı 11 insan qətlə yetirilmişdi.

Təşkilatçılar deyirlər ki, Yeni Zelandiya müsəlmanları üçün həmin yardıma bir çox şəhərlərdən olan insanlar qoşulublar.

“Bizim bir məqsədimiz var idi: vaxtı ilə bizə dəstək olmaq üçün əllərindən gələni etmiş Pitsburq müsəlmanlarına öz sevgimizi göstərmək. Biz heç təsəvvür belə etməzdik ki, bizim aksiyamız bu qədər böyüyəcək və ölkənin hər yerinə yayılacaq. Aksiyada bütün 50 ştat və azı 10 ölkə iştirak edib”, - deyə Finkelşteyn etiraf edir.

Qeyd edilir ki, toplanan bütün pullar Kraystçörç fonduna köçürüləcək.


Yəhudilərdən müsəlmanlara böyük jest: 1 milyon dollar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda bu günə olan koronavirus statistikası: 548 yoluxma, 491 sağalma
    Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     09.07.2020
    Gürcüstan hava yolunun açılacağı ölkələrin siyahısını artıra bilər
    Zalkaliani sonda qeyd edib ki, müəyyən dövrdən sonra sözügedən siyahının genişlənəcəyi istisna edilmir.
     09.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ