EURO 1,9947 NEFT 73,69
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:18.12.2017 16:51:27

Yeni il qabağı bəzi məhsullar bahalaşacaq.

Qarşıdan Yeni il bayramı gəlir. Hər il olduğu kimi, bu il də əsas qida məhsullarının bahalaşması gözləniləndir. Artıq noyabr ayında oktyabr ayı ilə müqayisədə bəzi məhsulların - kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım qeydə alınıb. Dekabrda da prosesin davam edəcəyi istisna edilmir. Maraqlıdır, bayramqabağı hansı məhsullar satıcıların spekulyativ qiymət artımına uğrayacaq?

Nəzərə çatdıraq ki, artıq bayramın əsas təamı hinduşka ətinin kiloqramı 3-4 manat arasında bahalaşıb. Hinduşkanın kiloqramı hazırda 10-12 manat arasında dəyişir.

Satıcılarla söhbət əsasında öyrəndik ki, proses yumurtanın qiyməti ilə başlayıb. Yumurta 14 qəpikdən 15 qəpiyə yüksəlib. Qənnadı məhsullarının - konfetin qiymətində artım baş verib. Xüsusilə, Rusiya istehsalı olan qənnadı məhsulları bu aydan bazara 1 manat baha qiymətə çıxarılıb. O da məlum oldu ki, bu artım davam edəcək.

Öyrəndik ki, düyünün, yağın, toyuq və mal, qoyun ətinin, meyvənin qiymətində artımlar gözlənilir. Satıcıların sözlərinə görə, bu səbəbdən bəzi istehlakçılar bayram tədarükünə indidən başlayıblar. Beləliklə, bayram ərəfəsi dəyərinin yüksəlməsi gözlənilən məhsullar aşağıdalılardır.


Yeni il qabağı bu məhsullar bahalaşacaq - PROQNOZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lerikdə 2 tona yaxın xaşxaş kolu məhv edilib
    Dövlət Sərhəd Xidməti (DSX) tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata ke­çiril­miş tədbirlər nəticəsində sərhədboyu zonada narkotik xassəli kolları­n yabanı halda bit­diyi sahə aşkar olunub.
     23.07.2018
    Tramp Rusiya barədə dediyi sözünü geri götürdü
    "Bu sadəcə böyük bir uydurmadır"
     23.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ