1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:17.05.2019 10:03:27

Kamran Əsədov: “Bu, orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş məhsulların pulla satılması demək deyil...”

Məlum olduğu kimi, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxsə çevrilir.  Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Sözügedən qərarı “Yeni Müsavat”a  şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb: “İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi. Çünki dövlətin varlığı başlı-başına bu konseptin yaranmasını tələb edir. Orta ixtisas məktəblərinin publik hüquqi şəxsə çevrilməsinə gəlincə, burada maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Bilirsiniz ki, 1995-ci ildə qəbul edilmiş konstitusiyanın tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər.  

Bilirsiniz, hər bir təhsil müəssisəsində yaradılmış şəraitlə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktoru qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, təhsil müəssisəsində rəqs dərsləri, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa,  məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırılmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Orta ixtisas və peşə məktəbin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür".

Ekspertin sözlərinə görə, birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil:“Çünki qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur. Bundan başqa orta ixtisas, peşə məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil. Xatırladım ki, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Qeyd edim ki, 2011-ci ildə təsdiq edilmiş ”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə görə Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir. Bununla bərabər orta məktəb öz maliyyə vəziyyətini yaxşıladırmaq üçün hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları ala bilər. Bu o deməkdir ki, qanunvericilik aktlarına görə məktəblərin maliyyə mənbəyi və gəliri açıq şəkildə göstərilib. Bu, orta məktəblərdə satış yarmarkası, hansısa evdə bişirilmiş məhsulların pulla satılması demək deyil... Məktəblər xeyriyyə, sosial kampaniyalara qoşula bilərlər. Amma bu kampaniyalar hansısa kommersiya məqsədi daşıya bilməz. Buna yol verən məktəb direktoru qanunvericiliyin tələblərini ciddi şəkildə pozur. Çünki məktəb binaları daxilində satışa çıxarılan məhsulların sağlamlıq, gigiyenik qaydalara nə qədər uyğun olub-olmaması məlum deyil və bu, şagirdlərin sağlamlığı üçün təhlükəli ola bilər".

K.Əsədov vurğuladı ki, pullu xidmət dedikdə dərsdənkənar rəsm, rəqs, hansısa bir idman növü üzrə bilik və bacarıqların şagirdlərə öyrədilməsi nəzərdə tutulur: “Orta ümumtəhsil müəssisələri özlərini maliyyələşdirməlidir. Onlar təhsil xidməti göstərməlidir. Sadəcə, bu istiqamətdə qarşıya qoyulan vəzifəni təmin edəcək kadrlarımız yoxdur. Bu gün ölkə büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsil sahəsidir. Ancaq bununla bərabər təhsil müəssisələri özləri-özlərini təmin etməyi də bacarmalıdır. Məsələn, Sinqapurun iki universiteti hər il ölkə büdcəsinə 1 milyard dollara yaxın vəsait gətirir. Azərbaycanda isə nə universitet, nə də orta məktəblər dövlət büdcəsinə pul gətirmir. Yalnız mənimsəməklə məşğuldurlar. Ona görə də onlar dövlətin təhsil proqramında nəzərdə tutulmayan xidmətlər üzrə pullu xidmət göstərə bilərlər. Yəni əlavə xidmətlər ödənişli olacaq. Lakin problem kadr məsələsindədir. Bu istiqamətdə bacarıqlı, peşəkar kadrlar, direktorlarımız yoxdur. Ona görə də ilk növbədə lazımi qədər maliyyə biliyinə malik kadrları yetişdirməliyik. Düşünürəm ki, bu minvalla Azərbaycandakı orta məktəblər bir neçə ildən sonra publik hüquqi şəxsə çevriləcək. Məktəblər məcbur olacaq ki, keyfiyyətli təhsil versin. Keyfiyyətli təhsil fonunda isə şagird günün ikinci yarısında hazırlığa getməz. Dünyada qəbul edilən proses bundan ibarətdir. Bu mənada maliyyələşmə orta məktəblərə pis təsir göstərməyəcək. Əksinə, onların maliyyəsi artacaq və büdcədən asılılıqları aradan götürüləcək. Ən vacib məsələ bu prosesdə şəffaflığın və hesabatlılığın formalaşdırılmasıdır”.


Yeni qərarla orta məktəblər pul qazana biləcək - ŞƏRH

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusu  77 PKK terrorçusunu məhv edib
    Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
     16.06.2019
    İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
    İran Parlamentinin sədri ABŞ-ın iddialarına cavab verib.
     16.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ