EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:20.08.2019 15:13:59

“Allah, sanki, məni evə çağırdı”

İslamazeri.com-un RNZ-yə istinadən verdiyi xəbərə əsasən, Yeni Zelandiya sakini 22 yaşlı Meqan Lavledi Kraystçörç məscidlərindəki terror aktlarından sonra İslam dinini qəbul etməsi barədə danışıb.

“Mən hər zaman dünyadakı öz yerimi axtarırdım. Bunadək isə heç cür rahatlıq tapa bilmirdim”, - deyə o qeyd edib.

“Mən bir neçə il öncə çox ağır hadisə ilə üzləşdim. Qatar gözümün önündəcə nişanlımı vurdu. Mən belə bir hadisənin nəyə görə məhz mənim başıma gəldiyini anlaya bilimirdim. Mən axı nə etmişdim?”, - deyə o əlavə edib.

Bu faciədən sonra dinsiz olan Meqan, 15 Mart 2019-cu ildəki terror aktlarından sonra özündə anidən ruhi dəyişikliklərin baş verdiyini hiss etdi. O, terror aktının baş verdiyi ən-Nur məscidinə getməyə başladı.

“Allah, sanki, məni evə çağırdı”, - deyə o bildirir.

Məscid imamı Nizamul Həka Thanvinin sözlərinə görə, məlum terror aktlarından sonra, hər gün 3-5 nəfər Vellinqton məscidinə gələrək İslam dinini qəbul edir.


Yeni Zelandiya sürətlə İslamlaşır: “Allah məni də dəvət etdi”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019
    Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
    Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ