1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.03.2019 21:54:16

Yeni Zelandiyada Cümə namazı vaxtı məscidə hücum edən terrorçu Brenton Tarrantın silahında yazılanlar diqqət çəkib.

Yeni Zelandiyada cümə namazı vaxtında müsəlmanlara qarşı edilən silahlı hücumda 40 nəfərdən çox adam həyatını itirmişdi. İslamazeri.com xəbər verir ki, məscidə hücumu təşkil edən terrorçu Brenton Tarrantın silahında yazılanlar isə diqqət çəkib. Terrorçunun silahında daha əvvəl dünyanın başqa bölgələrində müsəlmanlara hücum edənlərin adlarının yer aldığı görülüb.

Yeni Zelandiya polisi, 3-ü kişi, biri qadın olmaqla 4 nəfərin tutulduğunu bildirib. Məscidə hücum təşkil edərkən silahlı hücumu canlı yayımlayan avstraliyalı terrorçu Tarrantın hücumdan əvvəlki paylaşımlarda, qırğında istifadə edildiyi silahın üzərində "Türk yeyici", Osmanlının məğlub olduğu 2-ci Vyana səfəri 1683 tarixi və (Deus Vult) Səlib yürüşlərinin şüarı olan "Tanrı bunu istədi" yazması diqqət çəkib.

Terrorçunun hücumu təşkil edərkən yanına aldığı maqazinlərdən birinin üzərində kiril əlifbası ilə "Miloş Obiliç" yazılması isə diqqət çəkib. Miloş Obiliç Kosovo döyüşündə Sultan Muradı öldürən serb kimi tanınır.


Yeni Zelandiyada məscidə hücum edən qatilin silahındakı DETAL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ