EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:30.08.2019 20:03:19

Sürücü bildirir ki, polis əməkdaşı görüntülərlə tanış olmaq üçün onu xidməti avtomobilə dəvət edib.

Bakı-Sumqayıt yolunda hərəkət edən sürücü, onu haqsız yerə saxlayan Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşı barədə Demokrat.az xəbər saytına şikayət ünvanlayıb.

Avqustun 26-da Sumqayıt istiqamətində hərəkət edən sürücünü, 99-YP-993 qeydiyyat nişanlı YPX əməkdaşı saxlayaraq ona, ötmə zamanı dönmə işığını yandırmadığını və 60 km saat sürət təşkil olunmuş yolda 100 km saat sürətlə hərəkət etdiyini bildirib.

Sürücü bildirir ki, polis əməkdaşı görüntülərlə tanış olmaq üçün onu xidməti avtomobilə dəvət edib.

O, xidməti avtomobilə yaxınlaşsa da, polis əməkdaşı heç bir görüntü təqdim edə bilməyib.

Sürücünün qeydə aldığı videodan da görünür ki, o, heç bir ötmə əməliyyatı etməyib. Hərəkət etdiyi zolaqla da hərəkətinə davam edib.

Patrul avtomobilinin üstündə E-Patrul sistemi olmadığına görə hərəkət sürətini ölçmək də mümkün olmayıb.

Sürücü iddia edir ki, polis onu haqsız yerə saxlayaraq 30-40 dəqiqə vaxtını alıb və sonra heç bir cərimə yazmadan sərbəst buraxıb.

İslamazeri.com


Yol polisi sürücünü saxladı, amma cərimə yazmadı: YPX əməkdaşından ŞİKAYƏT (VİDEO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ