1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2021 10:36:52

Yunanıstan arxiyepiskopu II İyeronimin çıxışı bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olub.

İslamazeri.com xəbər verir ki, şənbə günü televiziyadakı çıxışı zamanı rahib bildirib ki, İslam - din deyil, bu bir siyası partiyadır. Həmçinin o müsəlmanları “müharibə adamları” adlandırıb.

Yunanıstanda yaşayan müsəlmanlar bəyanat yayaraq II İyeronimin ritorikasını qəbuledilməz hesab ediblər. Onlar qeyd ediblər ki, “çətin pandemiya dövründə anti-İslam çıxışların əvəzinə daha sülhsevər bəyanatlar eşitmək niyyətindədirlər.”

Yunanıstanın Ksanti şəhərinin türk şurası da arxiyepiskopun ifadələrini pisləyib: “Bu - İslam və onun ardıclıları üçün təhqirdir. Bu ifadələrin Yunanıstanın bir nömrəli xristian rahibi tərəfindən səsləndirilməsi isə vəziyyəti bir qədər də ciddiləşdirir”.

Türkiyənin dini idarəsi də II İyeronimin çıxışına biganə qalmayıb. “Anadolu” agentliyinin xəbərinə görə, Dəyanət İşləri başqanı Əli Erbaş bildirib ki, yunan rahibin sözləri “müsəlmanların marqinallaşmasına” və “onlara qarşı irqçi münasibətlərin qızışdırılmasına” yönəlib.

Erbaş vurğulayıb ki, belə vəzifəli şəxsin məsuliyyətsiz bəyanatları müsəlmanlara qarşı nifrət dalğası doğura, sonda isə İslam davamçıları təqiblərə və hücumlara məruz qala bilərlər.


Yunanıstan arxiyepiskopunun çıxışı müsəlmanları ayağa qaldırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ