EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.04.2020 04:12:44

Kitablarda o uşağın Züleyxanın yanındakı qadınlardan və ya qulluqçulardan birinin uşağı olduğu qeyd edilir.

İslamazeri.com-un "Din" rubrikasından: Yusif Peyğəmbərə şahidlik edən körpənin qəziyyəsini Dini ədəbiyyatdan, ən azı ölkəmizdə də ekranlara çıxan filmdən məlumatı olan çoxdur.  Lakin o uşaq haqqında (böyüdükdən sonra) məlumat daha sonra elə də çox deyil. Kitablarda o uşağın Züleyxanın yanındakı qadınlardan və ya qulluqçulardan birinin uşağı olduğu qeyd edilir. Əhlisünnə mənbələrində isə şahidin uşaq olması az mənbələrdə rast gəlinir.

Kumeyl duasının şərhi kitabında Yusif Peyğəmbərin ona şahidlik edən körpənin illər sonra qarşılanması haqqında qısa məlumat var. Kitabda qeyd  olunur: "Təfsirlərdə nəql olunur ki, Yusif padşahlıq taxtına çıxdıqdan sonra xalqın vəziyyətinin yaxşılaşması, insanların tərbiyəsi, ədalətə məhəbbətin yaradılması barədə düşünməyə başladı. Cəbrail nazil olub bildirdi ki, sənə vəzir lazımdır. Dedi ki, sabah sübh taxtından durub hərəkət et və qarşına çıxan ilk insanı vəzir məqamına oturt. (islamazeri)

Səhəri gün Yusif arıq, çöhrəsi solğun bir şəxslə rastlaşdı. Düşündü ki, bu şəxs vəzirlik yükünə tab gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi vaxt Cəbrail nazil olub dedi: “Onu seç, çünki sənin boynunda onun haqqı vardır. O, sənin günahsızlığına şəhadət verən şəxsdir...” (islamazeri)

Kitabda vurğulanan əsas mətləb isə Allahın rəhməti olduğundan müəllif yazır: "Əgər bir dəfə Yusifin günahsızlığına şəhadət verən şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın təkliyinə şahid durmuş bəndə ilə pis rəftar oluna bilərmi?! Bəli, kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur!"

Başqa rəvayətlərdə isə, Yusif Peyğəmbərin (s) o uşağı illər sonra kasıb vəziyyətdə gördüyü və ona çoxlu hədiyyə və var dövlət verdiyi də önə çəkilir.


Yusif Peyğəmbər (ə) kiçik şahidini illər sonra gördükdən sonra ona nə edir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ