Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:26.01.2022 08:51:43

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub.

Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən qələbədən sonra yeni yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş Azərbaycan ərazilərində görülən işlər barədə ətraflı məlumat verib.
Azərbaycanın və İranın dövlət başçıları arasında keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verdiyini, ikitərəfli hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerini Azərbaycana rəsmi səfərə dəvət edib.
Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.
Sonda görüşün yekununa dair protokol imzalanıb, mətbuata birgə açıqlama verilib.


Zakir Həsənov İran SQ-nin Baş Qərargah rəisini Azərbaycana rəsmi səfərə dəvət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polis Bakıda əməliyyat keçirib, saxlanılanlar var
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     24.05.2022
    DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ